"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Haqqa ümid edənlər…

01 Dekabr 2016 - 09:56
in SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Haqqa ümid edənlər...
Azərbaycanda məhkəmə qərarları  cəmiyyətdə kifayət qədər müzakirə olunan mövzulardandır.
İnsanlar daha çox ciddi məhkəmə araşdırmaları olmadan tələsik və nəticədə ədalətsiz qərarlar verildiyi qənaətindədirlər. Həmin şikayətlərin necə yarandığını isə nümunələrdən birində- redaksiyamıza üz tutan Rza  Yusibovun şəxsində əyani görmək olar.
Ömür boyu nəinki məhkəmənin iclas salonlarını, heç yerli polis sahə müvəkkilini belə tanımayan Rza Yusibov iki ildən artıqdır ki, Azərbaycanın hüquq-mühafizə, ədliyyə orqanları və məhkəmə instansiyaları  ilə təmasdadır.
Buna zorən təmas da demək olar.
Hər şey 2000-ci illərin əvvəllərində başlayıb: Azərbaycan Respublikasında yaradılmış münbit biznes mühiti Rza Yusifovu da cəlb edir və o özü öz taleyinin yiyəsi olmaq qərarına gəlir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq fikrinə düşən  Yusibov, necə deyərlər, “günəş altında yer” axtarışına  başlayır və  nəhayətdə  imkanlarına  uyğun bir ünvan  müəyyənləşdirərək  Binəqədi rayonu Xocasən bələdiyyəsinə üz tutur. Bələdiyyəyə uzunmüddətli müraciətlərindən və get-gəllərdən sonra tale Yusibovun üzünə gülür. Nəticə olaraq  Xocasən bələdiyyəsinin 29 mart 2006-cı il tarixli, 07/29 nömrəli qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv. metr  torpaq sahəsi ayrılır. Bələdiyyə ilə alqı-satqı  müqaviləsi, torpağın xüsusi mülkiyyətə  keçməsini təsdiq edən sənədləşmə işləri başa çatandan sonra Yusibov  tikintini təkbaşına  həyata keçirə bilməyəcəyini hiss edir və qardaşı Rafail Məmmədova üz tutur.  Beləliklə də iki qardaş tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə əsasında  tikinti işlərini başlayar. İşlərin yekunlaşmasına xeyli qalmış məlum olur ki, maddi imkanları nəzərdə tutulan məqsədin başa çatdırılmasına  imkan verməyəcək və buna görə də onlar şərtlərin ağırlığına baxmayaraq  banka üz tuturlar. Bankdan alınan vəsait  imdada yetir,  işlər başa çatır və qardaşlar, nəhayət ki, arzusunda olduqları obyektlərini başa gətirirlər. İşlədikləri  müddətdə bankdan alınan kreditlərin ödənilməsi başa çatar-çatmaz bəd xəbər onları
haqlayır: Abşeron Rayon İcra Hakimiyyəti  baş yolu genişləndirmək qərarına gəlib və genişləndirməyə mane olacaq tikililər söküləcək.
Və 2014-cü il may ayının 4-də qardaşların obyekti sökülür.
Maraqlıdır ki, nə xüsusi mülkiyyətin sökülməsi  ilə bağlı tapşırıq verən Abşeron RİH, nə də söküntünü həyata keçirən  “Birlik-7”  MTK-sı  sahibkarlara  heç bir məhkəmə qərarı  vermədən (onlar belə bir qərarı almağı da lazım bilməyiblər) avdanlıqları  və mebelləri çıxarılmayan obyekti bulduzerin ağzına veriblər.
Beləliklə də içində 50 min manatlıq  avadanlıq və qurğular olan, ancaq dizayn-rəngsaz işlərinə  30 min manat xərclənmiş  üçmərtəbəli bina üç günün içində,sözün birbaşa mənasında, yerlə yeksan edilir.
Qardaşların  müxtəlif  instansiyalara ardıcıl müraciətləri nəticəsində  “Birlik-7”  MTK  guya ki, “rəhmə gəlir” və  kompensasiya  kimi  onlara 135 min manat ödəyir. Ödənilən məbləğin ancaq torpaq  üçün olduğu sənədlərdə də əks olunur.
Bəs üçmərtəbəli bina və onun içindəki qurğu-avadanlılar, mebel necə?  MTK adından danışan adamlar bu, bizlik  deyil- deyirlər.  Halbuki  söküntüdən  bir-neçə ay əvvəl yenə bankdan  kredit  götürmək istəyən qardaşlar  “Daşınmaz Əmlakın İnventarlaşdırılması  Xidməti”  MMC –yə müraciət edərək  onlara  məxsus obyektin qiymətləndirilməsini sifariş etmişlər.  Bu sahə üzrə ölkəmizdə  xüsusi nüfuzu olan qurum  Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən   obyektin qiymətləndirilməsini apararaq onun qiymətinin 1 milyon manat olması ilə bağlı hesabat cədvəli təqdim etmişlər.
“Centlmen sövdələşməsinin” nəticəsizliyini görəndən sonra qardaşlar öz haqlarını məhkəmə müstəvisində  müdafiə etmək istəyərək  Xəzər Rayon Məhkəməsinə üz tuturlar. Maraqlıdır ki, rayon məhkəməsi iddiaçının  təqdim etdiyi yazılı və video materiallar  əsasında  dəyən zərərin 1 milyon manat olduğunu görsə də qərarı cavabdehin xeyrinə çıxarır. Hakim  Əkrəm Qəhrəmanovun  imzaladığı qətnamə belə əsaslanır:  “ … qarşı zərərin ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin.”
Qətnamə  sübutların ortada olduğu halda belə verilir.
Qardaşlar haqlarının  bərpası üçün növbəti ünvana-  Bakı Apellyasiya  Məhkəməsinin mülki kollegiyasına  üz tuturlar. Dəyən zərərin konkret məbləğini göstərən sənədlərin təqdimatı  buradakı  “Femida qulları”nın da  “gözündən yayınır”  və  hakim Raqub Qurbanovun  sədrliyi ilə keçirilən məhkəmə iclası belə qət edir:  “… verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin  … tarixli qətnaməsi qüvvədə saxlanılsın.”
İddiaçı və onun müdafiəsini təşkil edən hüquqşünaslar  isə hesab edirlər ki, hər iki məhkəmə instansiyasının çıxardığı qətnamə  Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə zidd olub. Bununla da həmin məcəllənin 385, 386 və 387.1.-ci  maddələrinin tələbləri  nəzərə alınmayaraq olunmayaraq  iddiaçının Azərbaycan Respublikası və Beynəlxalq Qanunlarla müdafiə olunan hüquqları kobud şəkildə pozulub.
Zərərçəkənlər Azərbaycan Respublikası adından qərar verən insanların heç də Azərbaycan Respublikası Qanunlarının ruhuna hörmət etdiklərinə inanmır və buna görə də sonacan öz haqları uğrunda getməklə o haqqa qovuşacaqlarına əmindirlər.
P.S. Yeri gəlmişkən, zərərçəkənin qardaşı, elə özü də artıq zərər çəkmiş şəxsə çevrilən Rafail Məmmədov ömrü boyu hesab etmişdi ki, o, siyasətdən uzaq adamdır . Lakin 22 il əvvəl, 1994-cü ilin oktyabrına o vaxtkı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə öz beşinci kalonu ilə təzyiq etməkdə qərarlı olan xarici qüvvələrin iradəsi ilə hərəkətə keçən qüvvələrin  dövlət çevrilişinə növbəti cəhdi zamanı o, kənarda qala bilməyib. Prezident Heydər Əliyevin çağırışı ilə Prezident Adminstrasiyasında  canlı sədd yaradan  insanların içində o,birincilərdən olub. Həmin məqamlar akademik Ramiz Mehdiyevin məsul olduğu  “Qəsd”  kitabında  anbaan  diqqət çəkir.
Firuz Kazımoğlu.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hava kəskin pisləşəcək – Xəbərdarlıq

Next Post

Azərbaycan OPEC-in qərarına münasibət bildirdi

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

Azərbaycan OPEC-in qərarına münasibət bildirdi

Jirinovski: “Tezliklə Rusiyada hakimiyyət dəyişəcək”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.