Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyət müzakirə edilib.
Tərəflər həmçinin şəhər əhalisinə humanitar yardımların çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıblar.




