Beynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.
Bu barədə “Roskosmos”un yaydığı məlumatında bildirilir.
Məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.
Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış.
Qəzanın baş vermə səbəbləri araşdırılır.




