ABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət yürütməyə səy göstərməyəcək.
Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib:
“Biz rejim və hökumətləri devirməyəcəyik. Məqsədimiz sabitlikdir, xaos deyil”.
Xatırladaq ki, bundan əvvəl Tramp quru qoşunlarının sayının artırılacağını, Yaxın Şərq, Şərqi Avropa və Cənub-Şərqi Asiyada ABŞ qoşunlarını gücləndirəcəyini vəd etmişdi.




