Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov növbəti dəfə Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdən getməyəcəyini açıqlayıb.
İtaliyada jurnalistlərin suallarını cavablandıran nazir Əsədin dövlət idarəçiliyindən uzaqlaşdırılmasını tələb edən dövlətləri danışıqlar prosesini pozmaqda günahlandırıb:
“Suriya böhranının həlli üçün davam edən danışıqlar 6 aydır qəbuledilməz şərtlər irəli sürən tərəflərin fəaliyyəti nəticəsində dondurulub. Rusiyanın suriyalı müxaliflərlə birlikdə əməkdaşlığında təəccüblənəcək bir vəziyyət yoxdur. Böhranın ilk günündən bütün tərəflərlə ünsiyyətdə olmuşuq. Biz heç vaxt müxaliflərlə görüşlərdən imtina etməmişik”.




