Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.




