Dekabrın 10-da İstanbulda baş verən qanlı terror aktından sonra hökumət separatçı kürd siyasətçilərə qarşı sərt addımlar atmağa başlayıb. Son məlumata görə, əksəriyyəti polis əməkdaşlarından ibarət olan 44 nəfərin ölümündən sonra hökumət PKK-ya yaxın şəxslərin həbslərinə qərar verib. Daxili işlər naziri Süleyman Soylu “şəhidlərin qisasını alacağıq” dedikdən az sonra Türkiyə polisi ölkənin müxtəlif bölgələrində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Son məlumata görə, Türkiyənin 11 vilayətində aparılan əməliyyatlar nəticəsində 235 nəfər HDP üzvü saxlanılıb. Onların arasında HDP parlament qrupunun rəhbəri, Diyarbəkrdən seçilmiş deputat Çağlar Dəmirəl və Siirtdən seçilmiş deputat Besime Konca da var. Deputatlar barəsində ayrılıqda Batman və Diyarbəkir prokurorluğu istintaq işi aparır. Xatırladaq ki, ötən ay başladılan əməliyyatlar nəticəsində HDP-nin həmsədrləri də daxil olmaqla, 10 deputat və onlarla partiya fəalı həbs olunub.
Türkiyə DİN-in yaydığı məlumatda həbs olunanlar arasında terror hadisəsi zamanı sosial mediada terrora dəstək mesajları yazan şəxslər də var. Nazirliyin məlumatında PKK/KCK adına fəaliyyət göstərən, sosial mediada terror təbliğatı aparan şəxslərin müəyyən olunaraq saxlanıldığı qeyd olunub. İstanbulda 20 nəfər, o cümlədən HDP şəhər təşkilatının sədri Aysel Güzel də həbs olunanlar arasındadır.
Qeyd edək ki, saxlanıldıqdan bir gün sonra HDP Siirt deputatı Besime Konca Batman Məhkəməsi tərəfindən polis nəzarəti şərti ilə azad edilib. Ancaq Diyarbəkir Məhkəməsi HDP-dən olan 8 deputat barəsində zorla məhkəməyə gətirilmə haqqında qərar verib. Alican Öncü, Nadir Yıldırım, Selma İrmak, Besime Konca, Osman Baydemir, Dirayet Dilan Taşdemir, Ahmet Yıldırım və Çağlar Dəmirəl məhkəmə qərarı əsasında ifadə vermək üçün məhkəməyə zorla gətiriləcəklər.

Türkiyə hökumətinin məhz HDP deputatları, təşkilat sədrlərinin həbslərinə başlaması Ankaranın son aylarda başlatdığı strategiyaya uyğundur. Türkiyə hökuməti ötən il PKK-ya qarşı silahlı əməliyyatları başlatdıqdan sonra məlum oldu ki, artıq uzun müddətdir ki, PKK şəhərlərdə ciddi təşkilatlanıb, HDP ilə yanaşı bir sıra ictimai təşkilatlar, institutlar yaradıb. Eyni zamanda bir çox universitetlərdə güclü şəkildə PKK tərəfdarları təşkilatlana bilib. Atəşkəs dövründə şəhərlərdə güclü PKK təşkilatlanması yaranıb və bu qruplar hökumətə qarşı silahlı PKK-çılardan daha ciddi müqavimət göstərirlər. Xüsusən də universitetlərdə tələbə və müəllim heyətləri içərisində PKK tərəfdarları solçu adı altında faktiki olaraq hökumətə qarşı cəbhə aça biliblər. Bu səbəbdən də AKP hökuməti PKK-nin “şəhər təşkilatlanması” – ictimai və təhsil qurumlarında təmizləmələrə start verdi.
Rəsmi Ankara şəhərdə kürd haqları adı altında separatizmi təbliğ edən şəxsləri sərt şəkildə cəzalandırmaq, eyni zamanda ən mühümü kürd separatizmini dəstəkləyənləri cəzalandırmaq, onları qorxutmaq məqsədi güdür. Çünki hökumət artıq geri yol görmür, PKK və tərəfdaş qruplara qarşı sərt addımlar atılmayacağı təqdirdə separatizmin daha da güclənəcəyindən ehtiyat edir.