"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lökbatan-Qobu yolu yenidən qurulur

14 Dekabr 2016 - 09:43
in XƏBƏR LENTİ

Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

“Azəravtoyol” ASC-dən  verilən məlumata görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırlması istiqamətində işlərə başlanılıb.

Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7.2 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilir və 10 m enində yeni torpaq yatağı inşa olunur. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi, hazır hissələrə isə 2 qat olmaqla (7sm+5sm) yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 50 min m2 ərazinin asfaltlanması planlaşdırılır.

Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1.5 m enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1.6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarlarının inşası da aparılır. Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.

Yolda tikinti işləri bitdikdən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq. 7.2 km-lik Lökbatan-Qobu avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qorbaçovun “Yeni SSRİ” təklifinə Kremldən cavab

Next Post

Avropa gürcülərə `yaşıl işıq` yandırdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Avropa gürcülərə `yaşıl işıq` yandırdı

`Qarabağın həlli üçün təkliflər var ` - Uorlik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.