Yaxın zamanlarda Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi Moskvada açılacaq. Sonradan isə Rusiyanın digər regionlarında, o cümlədən Həştərxanda da ticarət-biznes nümayəndəliyinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Dövlətimizin başçısı bütün bunların ölkələrimiz arasında idxal-ixrac proseslərini sürətləndirəcəyinə əminliyini ifadə edib.




