Türkiyə 2,7 milyon suriyalıya sığınacaq verib. Bu, daxili münaqişə səbəbindən evlərini tərk etmiş ölkə vətəndaşlarının yarıdan çoxunu təşkil edir.
Bunu Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar müraciətində deyib.
“Bu, İkinci Dünya Müharibəsi vaxtlarından əhalinin ən böyük məcburi yerdəyişməsidir. Türkiyə miqrasiya böhranının təsirini azaltmaq üçün mümkün olan hər şeyi etməyə davam edir və edəcək. Bununla belə, qaçqınlara görə məsuliyyət yükünü əsasən Türkiyə olmaqla, cəmi bir neçə ölkə daşıyır. Dünya ölkələri və beynəlxalq təşkilatlar bu məsələdə birlikdə hərəkət etməlidir”, – sənəddə vurğulanıb.




