"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Tarix boyu ən qəddar dövlət başçıları belə elçilərə əl qaldırmayıb”

20 Dekabr 2016 - 17:06
in SİYASƏT MANŞET

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsini  şərh edib:

“Təcrübə göstərir ki, zorakılıq, qəddarlıq adekvat olaraq zorakılıq doğurur. Təbii ki, Rusiyanın Suriyadakı davranışları və mülki əhaliyə qarşı sərgilədiyi amansızlıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qınanılırdı. Biz görürdük ki, rus uçaqlarının bombardmanları nəticəsində minlərlə dinc insan həlak olurdu. Rusiya Suriyada hərbi əməliyyatlara başlayarkən əslində İŞİD-ə qarşı döyüşəcəyini bəyan edirdi. Amma faktiki olaraq Əsəd rejiminə qarşı vuruşan müxalif qüvvələrə qarşı divantutma əməliyyatları aparıldı. Hələbdə isə sözün həqiqi mənasında qətliam törədildi. Əlbəttə, bu siyasəti pisləmək və hətta Rusiyadan bu əməliyyatların dayandırılmasını tələb etmək olar. Amma elçi elə bir toxunulmaz personadır ki, tarix boyu ən qəddar dövlət başçıları belə onlara əl qaldırmayıb. Rusiya səfirinin də o cür güllələnməsinə heç cür haqq qazandırmaq olmaz. Düşünürəm ki, bu, qorxaqcasına, namərdcəsinə törədilmiş bir cinayətdir. Hər iki dövlət kifayət qədər gücə malikdir ki, bu cinayətin digər iştirakçılarının da tapılıb məsuliyyətə cəlb edilməsi təmin edilsin. Amma onu da etiraf  etmək lazımdır ki, nə qədər bağışlanılmaz və xaincəsinə, alçaqcasına törədilmiş bir cinayət olsa belə Rusiyanın Yaxın Şərq siyasətindəki davranışları gec-tez bu cür fəsadları törətməliyidi. Burada yaranmış münbit situasiyadan ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları da, ekstremist qruplar da istifadə edə bilərdi. Hətta o da ola bilər ki, həmin qatil heç kimdən sifariş almadan təkbaşına qərar qəbul edərək Rusiyadan bu cür qisas almağı qarşıya məqsəd qoysun, əvvəlcədən buna ciddi hazırlaşsın. Baxmayaraq ki, istər Putin, istərsə də Ərdoğan bu qətli təxribat kimi qiymətləndirib, amma indidən birmənalı nəticə çıxarmaq hələ tezdir. Bu qətl deyildiyi kimi Türkiyə-Rusiya münasibıətlərini pozmaq istəyən qüvvələrin təxribatı da ola bilər, eyni zamanda o da mümkündür ki, rəsmi Ankaranın artıq ölkədəki vəziyyətə nəzarəti itirdiyi görüntüsünü yaratmaq üçün atılmış bir addım da ola bilər. Hər halda ümid etmək olar ki, tezliklə istintaq çoxsaylı suallara cavab tapa biləcək və səfirin qanı doğrudan da yerdə qalmayacaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Le Monde” Türkiyədən yazdı: ”III Dünya müharibəsi…”

Next Post

Kərəm Həsənova PA-da izahat yazdırıblar-KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVLA DOSTLUĞUNU TƏKZİB EDƏ BİLMƏYİB

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Kərəm Həsənova PA-da izahat yazdırıblar-KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVLA DOSTLUĞUNU TƏKZİB EDƏ BİLMƏYİB

Türkiyədə 530 zabit həbs edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.