İran prezidenti Həsən Ruhani Ermənistana səfərindən öncə hava limanında jurnalistlərə açıqlama verib.
Bu barədə “İRNA” agentliyinə istinadən xəbər verir.
Ruhani əlavə edib ki, İranın hər üç (Ermənistan, Qazaxıstan, Qırğızıstan) xalqla çox yaxşı iqtisadi münasibətləri var və rəsmi Tehran texniki və mühəndislik sahələrində bu ölkələrə əməkdaşlıq təklif etmək niyyətindədir:
“Hər üç ölkə Avrasiya İqtisadi Birliyinin üzvüdür və son illər ölkələr arasında münasibətlər sürətlə inkişaf edir”.
Ruhani vurğulayıb ki, İran bu ölkələrə azad ticarət zonası yaratmaq barədə sazişlər imzalamaq istəyir: “Ermənistan üzərindən biz Qara dənizə çıxış əldə edə, daha sonra isə Qərbə, Avropa ölkələri ilə əlaqələrimizi genişləndirə bilmərik”.




