Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın səfiri Andrey Karlovun qətli ilə bağlı mühüm açıqlama verib.
Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan sui-qəsdin arxasında FETÖ qruplaşmasının olduğunu bəyan edib.
“Sui-qəsdin arxasında bilavasitə FETÖ durur. Bunu gizlətməyə ehtiyac yoxdur. Deyə bilərik ki, bu hadisə bilavasitə FETÖ ilə əlaqəlidir”.
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.




