Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı səfir Andrey Karlovun qatilinin öldürülməsinin səbəbini açıqlayıb.
Ərdoğan qatil Mərd Altındaşın FETÖ ilə əlaqəsinin olduğunu və bunu gizlətməyin mənasız olduğunu bildirib.
“FETÖ silahlı qüvvələr və polis təşkilatımızın daxilində var. “Baylok” istifadə edənlər ortadadır. Bu səbəblə həssas davranmaq məcburiyyətindəyik.
“Niyə canlı olaraq yaxalanmadı” deyə soruşurlar. İstanbulda canlı bombanı zərərsizləşdirməyə getdilər, amma 5 polis şəhid oldu. Bomba partladar deyə, onu oradaca vurmaq məcburiyyətində qaldıq. Hadisə ilə bağlı birgə iş aparılır, ümid edirəm ki, ən qısa müddətdə hadisənin təfərrüatı bəlli olacaq. Bu hadisənin xarici əlaqələri də təhlil olunur, istintaq yekunlaşanda açıqlayacağıq”, – Ərdoğan qeyd edib.




