Nəyin bahasına olursa-olsun Əl Babda nəzarət təmin edilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
“Başqa çarə və yol yoxdur. İŞİD-in Əl Babdan təmizlənməsi mütləqdir. Suriyanın bu şəhərində sabitliyin təmin ediməsi qaçılmaz və məcburi bir ehtiyacdır. Bir-biri ilə birləşən terror qruplaşmaları Türkiyəni dizə gətirə bilməyəcək. Türk millətini parçalamaq mümkün olmayacaq. Çünki millətin iradəsi budur”, – partiya lideri bildirib.
Qeyd edək ki, dünən Əl-Bab şəhərində İŞİD təxribatları nəticəsində 16 türk əsgəri şəhid olmuşdu.




