"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Metsamorda qəza bütün Ermənistanı məhv edə bilər` – MÜSAHİBƏ

26 Dekabr 2016 - 17:19
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Milli Nüvə Tədqiqatlari Mərkəzinin sədri Adil Qəribov  müsahibəsində Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı təhlükələri şərh edib.

– Bu stansiyanın əsas təhlükəsi nədədir?

– Əslində dünyada “Metsamor”dan da köhnə reaktorlar var. Almaniyada, Yaponiyada 70-80-ci illərdən qalan 40-a qədər reaktor işləyir. Amma burada başqa amillər də nəzərə alınmalıdır. Əvvəla, Ermənistan seysmik zonada yerləşir, orada 9 ballıq zəlzələ riski var.

İkincisi, belə bir zonada reaktoru işlədən ölkənin iqtisadi durumu da çox ağırdır. Dediyim dövlətlər stasiyalarını təhlükəsizlik məqsədilə tamamilə yenidən qurublar. Ermənistanın isə belə bir imkanı yoxdur. Buna görə də hesab edirəm ki, Ermənistanın bugünkü ağır vəziyyətində Metsamor AES-in işləməsi cinayətdir. Birinci elə erməni xalqına qarşı cinayətdir. Çünki əgər qəza olsa, Ermənistanın ərazisi tamamilə örtüləcək. Biz hesablama aparmışıq, bu halda Ermənistanın bütün ərazisi məhv olacaq.

2014-cü ildə Ermənistanın Nazirlər Kabinetində reaktorun ömrünün daha on il uzadılması ilə bağlı qərar veriləndə MAQATE ermənilərə şərt qoydu ki, reaktor onların tələblərinə uyğun olaraq yenidən qurulmalıdır. Bunun üçün 40-50 milyon dollar tələb olunurdu. Ermənistan həmin pulu tapa bilmədi. Fransa və Rusiayaya yalvarıb kretdit istəyirdi. Fransa vermədi. Rusiya isə həmin krediti ayırdı ki, reaktor bərpa olunsun.

Atom enerjisindən istifadə etmək üçün ölkənin imkanı olmalıdır, o quruğunun təhlükəsizliyini təmin edəcəyinə dair beynəlxalq aləm qarşısında öhdəlik götürməlidir. Biz də bu gün Atom Elektrik Stansiyası və ya Tədqiqat Nüvə Reaktoru açası olsaq, dövlətimiz MAQATE qarşısında öhdəlik götürəcək. Ermənistan bu öhdəliyə əməl edə bilirmi? Əlbəttə, bilmir.

– Metsamorda hansısa qəzanın regiona nə kimi təsirləri ola bilər?

– Ermənistan özü bir yana, bölgəni pis vəziyyətə salacaq. Bizim içməli su ehtiyatımızın 70-80 faizi başqa ölkələrin hesabına formalaşır. Həmin su zəhərlənə bilər. Yaxud, “Metsamor” Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Əgər qəza olarsa, qardaş Türkiyənin ərazisi də pis vəziyyətə düşəcək. Ona görə, Türkiyə həmin sərhəd zonasında bir-birindən 50 metr aralı ötürücülər qurub ki, daimi olaraq şüalanma, çirklənmə ilə vəziyyətə nəzarət edə bilsin.

90-cı illərdə Litvanı Avropa Birliyinə qəbul edəndə orada Atom Elektrik Satansiyası vardı. Bu, SSRİ-nin ən son və müasir texnologiya ilə tikdiyi stansiya idi. AB şərt qoydu ki, həmin stansiya dayandırılmalıdır. O dövrdə məni də ora dəvət etmişdilər. AES-in rəhbəri ağlayırdı, deyiridi ki, bizim ölkənin bu cür enerji mənbəyini bağlayırlar. O məntiqlə ki, həmin ən müasir reaktor onlara təhlükə yarada bilər. Ermənistanda isə həmin reaktordan 20-30 il köhnə qurğunun fəaliyyətini dayandırmırlar ki, Ermənistan enerji blokdasına düşə bilər.

Halbuki, Ermənistanın enerji təminatı üçün kifayət qədər mənbələləri var. İran hər il onlara 7-8 milyard kubmetrə qədərə qaz verir. Hətta indi yeni razılaşmalar da imzalayıblar. Ermənilərin su və istilik elektrik stansiyaları da var. Onlar bütün ölkənin enerji təminatını həyata keçirə bilər. Amma Ermənistan istəmir.

– Niyə İstəmir?

– Çünki Ermənistan istənilən vaxt o nüvə prosseslərini özünün stareji məqsədləri üçün istifadə edə bilər. Bu saat ermənilərin su altında soyudulan anbarında 40 tona yaxın nüvə materialı var. Müharibə zamanı onu bizim su ehtiyatımıza, ərazilərimizə atsalar, bəs edər. Ermənilərin bu niyyətlərini keçən il hər kəs gördü. Onların keçmiş müdafiə naziri bildirdi ki, çirkli bombaları, atom silahları var. Görün, nə qədər azğınlaşıblar? Bu, beynəlxalq təşkilatlara əsas verir ki, stansiyanın fəaliyyətini dayandırsınlar. Çünki Ermənistan təcavüzkar ölkədir, başqa dövlətin 20 faiz ərazisini zəbt edib.

– MAQATE-nin sahədəki fəaliyyətini necə dəyərləndirirsiniz?

– Həmin stansiyada MAQATE-nin yoxlaması bu il yekunlaşdı. Yoxlamanın ilkin hesabatı məndə var. Ermənistanla MAQATE arasındakı müqaviləyə görə, həmin hesabat gizlidir. Amma mən onu əldə etdim. Orada çoxlu çatışmazlıqdalar qeyd olunub. Və bildirilib ki, “Rosatom”-dan mütəxəssislər gəlib, bütün problemləri aradan qaldırıblar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Birinci xanım Ağaxan Abdullayevlə vida mərasimində – FOTOLAR+VİDEO

Next Post

Prezident xanımı ilə ağac əkdi – Fotolar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezident xanımı ilə ağac əkdi - Fotolar

Kimsəsiz gənclərə evlər verildi - Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.