Moskva ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsinə adekvat cavab verəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, Vaşinqtona qarşı məhz hansı addımların atılacağını söyləməkdə çətinlik çəkib:
“Biz Ağ Evin qərarına təəssüf edirik. Yeni sanksiyalar ABŞ Prezidenti Barak Obamanın qeyri-müəyyən və aqressiv xarici siyasətinin nümunəsidir. Yeni sanksiyalar beynəlxalq hüquq baxımından əsassızdır”.
Qeyd edək ki, ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına Rusiyanın Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti də düşüb. Bundan başqa Vaşinqton Rusiyanın 35 diplomatına Amerikanı tərk etməsi üçün 72 saat vaxt verib.




