"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tramp Rusiyaya görə impiçmentə məruz qala bilər – bunu ruslar özləri deyir

06 Yanvar 2017 - 12:55
in XƏBƏR LENTİ
Tramp Rusiyaya görə impiçmentə məruz qala bilər - bunu ruslar özləri deyir“Prezident-elekşn” üçün

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiyaya yaxınlığı səbəbi ilə impiçmentə məruz qala bilər. Belə bir iddia ilə Rusiyanın “Moskovski komsomolets” qəzetinin yazarı İlya  Baranikas çıxış edib.
Baranikas yazır:
“Son dövrlərdə ABŞ mediasında Donald Trampın mümkün impiçmenti ətrafında söz-söhbətlər dolaşır. Bəzi media mənsubları hətta daha da irəli gedərək Trampın heç yanvarın 20-də prezident kürsüsündə əyləşməyəcəyini iddia edirlər.
“Nyu York” jurnalının yazdığına görə, jurnalistləri belə bir qənaətə gətirən əsas səbəb ABŞ konstitusiyasında ifadə olunan müddəalardır.
Konstitusiyanın 1-ci maddəsinin 9-cu bölümünə əsasən Amerika Birləşmiş Ştatları heç kimə zadəgan titulu bəxş etmir və Birləşmiş Ştatlarda etibar edilən və  maaşlı vəzifə tutan heç kimsə xarici ölkədən gəlir əldə və hədiyyələr qəbul edə bilməz.
Hazırda Trampa qarşı irəli sürülən ən böyük ittiham onun Vladimir Putinlə yaxınlığıdır. Qəzetlərin yazdığına görə, bu yaxınlıq hansısa alturistik (təmənnasız kömək-red.) motivlərdən və ya beynəlxalq gərginliyi azaltmaq, ABŞ-ın milli təhlükəsizliyini gücləndirmək kimi məqsədlərdən irəli gəlmir. Sadəcə, Trampın Rusiyada və keçmiş SSRİ respublikalarında öz biznes maraqları var.
Tramp postsovet məkanında biznes əlaqələrinin detallarını heç kimə açmır, vergi bəyannaməsini dərc etmir və prezident seçilməsi ilə bağlı olaraq öz biznes imperiyasından necə ayrılacağı ilə əlaqədar mətbuata məlumat vermir.
Bütün bunlar onu göstərir ki “prezident-elekt”-in (seçilən prezident-red.) gizlətməyə çox şeyi və səbəbi var.
Mövzu barədə Brukinqs institutunun araşdırmaçı qrupu tərəfindən hazırlanan xüsusi məruzəsi diqqəti cəlb edir.
Məruzənin müəllifləri ABŞ-da konstitusiya hüququ və dövlət etikası sahəsində formalaşan ekspertlərdən ibarətdir.
Onların fikrincə, Trampın dövlət və biznes maraqlarının toqquşması ilə bağlı situasiya konstitusiyanın “vəzifə gəlirləri” haqqında maddəsinə tamamilə uyğun gəlir”.
“Nyu York” jurnalı Trampın Şotlandiyada “külək dəyirmanları” ilə, daha doğrusu onun Aberdindəki qolf kurortu yaxınlığındakı bu enerji mənbələrindən bəslənən fermalarla müharibəsindən danışır. Jurnal Trampın həmin ferma sahiblərinə mane olmaq istədiyini, onları məhkəməyə verdiyini, hətta Şotlandiya hökumətini ərizələri ilə bombardman etdiyini yazır.
Naycel Farac istefaya getdi
Tramp külək dəyirmanları barədə yaxın dostu saydığı, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasında mühüm rol oynayan, Müstəqillik partiyasının sədri Naycel Faracla da söhbət edib. Donald Tramp Faracı hətta Böyük Britaniyanın ABŞ-dakı səfiri görmək istədiyini krallıq hökumətinə çatdırırb.
Image result for Mehmet Ali Yalçındağ
Bundan başqa, milyarder –prezident Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla hər söhbətində öz biznes partnyoru Mehmet Ali Yalçındağı da tərifləməklə məşğuldur. (Mehmet Ali Yalçındağ Türkiyənin varlı iş adamlarından sayılır. O, “Doğan” holdinqin idarə heyətinin üzvü, Rusiyanın axtarış motoru Yandex-in Türkiyədəki rəhbəridir. Mehmet Ali Yalçındağ Aydın Doğanın qızı və “Doğan” TV-nin  idarə heyətinin sədri Arzuxan Doğan Yalçındağın həyat yoldaşıdır – red.).
Məgər bu, maraqların toqquşması deyil bəs nədir? – jurnal sual verir.
Trampın Konqresdə oturan respublikaçıların bir çoxu ilə fikir ayrılıqları mövcuddur. Onların əksəriyyəti Rusiyanın haker hücumları vasitəsi ilə ABŞ-da seçkilərin gedişatına təsir etdiyinə inanırlar, Tramp isə yox.
 O, bunun üçün inandırıcı sübutların olmamasında və haker hücumlarının başqaları tərəfindən həyata keçirilməsində hələ də təkid edir. Onu mövzu ilə bağlı xüsusi xidmət orqanlarının raportları belə inandıra bilmir.
Bu isə ABŞ qanunvericilərini dərindən şübhəyə salır. Onlar Trampın hansı səbəbdən aşkar faktları görməzliyə vurduğu və ABŞ-a düşmən olan ölkəni nə üçün müdafiə etdiyi barədə suallar verməyə başlayıblar.
Hətta Trampın müşaviri, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Vulsi də onun mövqeyinə zidd olaraq haker hücumlarının ruslar tərəfindən törədilə biləcəyini söyləməyə məcbur olub.
 “The Washington Post” Trampın Rusiya ilə bağlantılarına həsr etdiyi xüsusi yazıda “qaranlıq şübhələr”dən bəhs edib.
Həmin şübhələr Trampın Rusiya dövləti və şirkətləri ilə əlaqələri, habelə Putin və onun yaxın çevrəsi ilə gizli sövdələşmələrinin olması ilə bağlıdır.
Image result for makkeyn
Qəzet Rusiyanın qatı düşmənləri sayılan senatorlar Con Makkeyn və Lindsi Qremin yaxın vaxtlarda Senata Moskvaya qarşı yeni sanksiya layihələri ilə gələcəyini,Ttrampın bundan imtina edəcəyi halda isə onun hətta vətənə xəyanətdə ittiham olunacağını yazıb.
Yazıda Trampla bağlı daha bir heyrətamiz versiya da irəli sürülüb. Müəllifin fikrincə, Rusiyanın əlində Trampa qarşı videomateriallar da ola bilər. Mətbuat Trampın Rusiyada keçirilən gözəllik yarışmalarına baş çəkdiyinə və yeni prezidentin məlum məsələdə olduqca pis şöhrətə malik olduğuna işarə vuraraq Rusiyanın bundan çox gözəl istifadə edə biləcəyini yazıb.
“Hansısa rus hamamı və ya buna bənzər yerlərdə çəkilən kadrlar Trampın Rusiya ilə mövqeyinin bu dərəcədə üst-üstə düşməsini gözəl izah edə bilər”, – yazıda bildirilir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah güclü külək olacaq – Proqnoz

Next Post

NATO-Türkiyə arasında İncirlik ixtilafı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

NATO-Türkiyə arasında İncirlik ixtilafı

Ağzı tikilməli adam

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.