"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ev tikintisi ilə bağlı yeni QADAĞA: Evsizlərin bu ümidi də kəsildi 

08 Yanvar 2017 - 09:09
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vüqar Tofiqli: “Məhdudiyyətin uzun müddət davam edəcəyinə inanmıram”

Yanvarın 1-dən etibarən Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalanıb. Fərmana əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunub ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Ekspert bildirir ki, bələdiyyə ərazilərində lazımı dövlət infrastrukturu qurulduqdan sonra həmin ərazilərdə tikintilərin bərpa edilməsi mümkün ola bilər.

“Məmurların məsulliyyət hissi artacaq”

“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli  “Cümhuriyət” qəzetinə bildirib ki, bu sərəncamın verilməsi ilk növbədə istər yerli icra  hakimiyyətində, istərsə də yerli bələdiyyə orqanlarında çalışan məmurların müəyyən mənada məsuliyyət hissini artıracaq: “Burda əsas məqsədlərdən biri budur ki, onlar işinə məsuliyyətlə yanaşsın. Digər tərəfdən paket formasından hazırlanan sənədlərin içərisində həmin ərazilərin kommunal və kommunikasiya sisteminin normal qaydada qurulmasını təmin etməkdir. Bu da istənilən halda kommunal xidmətlərlə çalışan strukturlarla çalışan sahələrin məsuliyyət hissini artıracaq. Faktiki olaraq bu gün bələdiyyələr tərəfindən torpaqların satılması, icarəyə verilməsi və sənədləşdirmə işlərini aparmaq kimi bir səlahiyyəti yoxdur. Çünki torpaqların mülkiyyətə verilməsi məsələsi tam reallaşmayıb.Çox güman ki, Bakı ərazisində bələdiyyə torpaqlarında fərdi yaşayış evlərinin o cümlədən digər obyektlərin tikintisi dayandırılımasında əsas məqsəd Bakının Baş Planında nəzərdə tutulan tədbirdir”.

Yeni qaydaların hazırda inşası davam edən yaxud yarımçıq qalan tikililərə də şamil edilməsinə gəlincə, ekspert güman etmədiyin bildirib: “Sərəncam yanvarın 1-dən inşası nəzərdə tutulan tikililərə şamil olunacaq. Əgər inşası davam edən tikililərin bütün sənədləri qaydasındadırsa, tikintisi niyə danadırılmalıdır? Bunlar kompleks şəkildə atılan addımın tərkib hissəsidir. Məram da Bakıdakı torpaqların sənədləşdirilməsi ilə hər hansı bir məsələnin sürətlə həllinə yönəlib. Bu məhdudiyyətin uzun müddət davam edəcəyinə inanmıram. Yəqin ki, proses başa çatdıqdan sonra məhdudiyyət aradan götürüləcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Suriya hökuməti Hələb şəhərinin bərpası planını qəbul edib

Next Post

Tramp bildirib ki, Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Tramp bildirib ki, Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir

Günün qoroskopu: evdə qayğılar arta bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.