İstanbulun Reina gecə klubundakı qətliamla bağlı yeni detallar ortaya çıxıb.
Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə klubunu qana boyayan terrorçunun hücum anındakı görüntüləri yayılıb.
İŞİD üzvü olan terrorçu yerli saatla 01.20-də gecə klubuna hücum edib. İçəri daxil olduğu zaman klubda olanlar qaçmağa başlayıblar. Bəziləri vurulan dostunu sürüyərək kənara çəkməyə çalışıb.
Təhlükəsizlik kamerlarına yansıyan görüntülərdə terrorçunun 5 dəqiqə atəş açdığı görünür. Yerə uzanıb, gizlənməyə çalışan bir qrup şəxsin yanına yaxınlaşmaq istəyən terrorçunu bir nəfər təpikləyərək, yerə yıxır. 39 nəfəri öldürən terrorçu qaçaraq, klubdan uzaqlaşır.