"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Buna bəy kopooğlu neynəsin?…”

10 Yanvar 2017 - 21:44
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Alqış HƏSƏNOĞLU

Ermənilr Bakıya üz tutur. Ərazi bütövlüyümüzə “hörmət” edən növbəti erməni ailəsinin səfəri gerçəkləşə bilər.

Təbii ki, bizim bilmədiyimiz mətləblər, əlimiz yetməyən qapalı təfərrüatlar ola bilir, heç şübhəsiz ki, var.
Və yəqin ki, hökumətimiz də bu səfərlərdən öz gəlir-çıxarını hesablamamış deyil.
Etiraz etməyin yeri yox.
Buyursunlar.
O qədər də xoş olmayan bu gəlişlər özüylə səfa gətirəcəkmi?…

Babam deyərdi ki, erməni-filan adında millət nə gəzir, bizim səhvlərimiz, günahlarımızdı, pis qonşu cildinə girib yanımızı kəsdirib…
Tariximizə, coğrafiyamıza qənim kəsilən “qonşumuz”u yaxşı tanımırıq.
Erməni isə əksinə, bizi çikimizə-bikimizə, xirdalıqlarımıza kimi təhlil edir, öyrənir, dəyərləndirir.
Erməni (erməni adıyla kodlaşdırılmış və yetərincə qymətləndirə bilmədiyimiz düşmən də demək olar) öz məkrli planlarını həyata keçirən “sehrli düsturu” bizim milil özəlliklərimiz uzərində kəşf edib…

Yadımdadır, 70-ci ilin sonlarıydı, atamdan yuxarılara yazmışdılar.
Qonşu kənddən olan bir azərbaycanlı iddia edirdi ki, Həsən Musayev millətçidir, sovet-kommunist beynəlmiləlçiliyini təhrif edir, erməniləri sevmir.
O zaman (Sovetlərin hər yerində olduğu kimi) şikayət məktublarına həssas münasibət göstərən MK-nin ideologiya şöbəsindən ərizəni yerində-yatağında yoxlamaq üçün Arzumanyan soyadlı orta yaşlı bir təlimatçı rayonumuza ezam olunmuşdu.
Həmin əməkdaş söhbət ərəfəsində ibrətamiz bir müqayisə edibmiş.

Atamın həmişə dərin bir kədər və ürək ağrısı ilə xatırladığı söhbətdə erməni təlimatçı deyibmiş ki, siznən bizim bir fərqimiz var: “Bizdə hər 100 ermənin içində 5-10 işinin öhdəsindən gələ bilməyən, məsuliyyətini dərk etməyən, bacarıqsız olur. Amma biz o 5-10 nəfərə ermənidir deyə toxunmuruq, 90 nəfər onlara kömək edir, yaşamalarına, inkişaf etmələrinə yardımçı olur.
Sizdə isə tamam tərsinədir, hər 100 azərbaycanlının içində 5-10 işini bilən, millətini sevən, bacarıqlı kadr tapılır. Di gəl ki, yerdə qalan 90 nəfər o 5-10 nəfəri heç cür sevə bilmir.
Sevə bilməməsi cəhənnəm, çalışmasına, yüksəlməsinə imkan vermir. Maneələr törədir, tələ qurur, sıradan çıxarır.
Ona görə də siz türklərin işi qaydasında getmir. Eynən sizin o kinoda olduğu kimi.
Qatır Məmməd ona güzəranlarından şikayətə gələn kəndlilərə deyir ki, belə olmaz axı, mal-heyvana baxmırsınız, qırılıb-tələf olur, buna bəy kopooğlu neynəsin?..

Qatır Məmməd demişkən , türk türkün ayağından dartırsa, dəyərlərinizə sahib çıxa bilmirsinizsə, peşəkarı, mütəxəssisi bilərəkdən məhv edirsinizsə, ermənidə nə təqsir?”

Dəqiq müşahidədir.

Əslində bizi nankor qonşumuzdan fərqləndirən bu “üstünlük” uzun əsrlərdir ki, ermənini müvəffəq edən əsas və həlledici amilə çevrilib.
Bu “üstünlük” qarşı tərəfə bizi aşağılamaq üçün münbit şərait yaradıbdır…
Erməninin hədəfi bəlli: tariximiz, coğrafiyamız, milli yaddaşımız.
Ardıcıllıq belədir:
İlkin mərhələdə tariximizi saxtalaşdırıb mənimsəyirlər.
İkinci mərhələdə coğrafiyamız işğal edilir.
Üçüncü mərhələdə milli yaddaşımızı nəzarətə götürüb “mühasirəyə” alırlar ki, itirilmiş coğrafiyaya, unudulmuş tarixə qayıdış heç vaxt baş tutmasın.

Məşhur formul var: rəqibini uduzdurmaq üçün onu ənənəvi döyüş üslubunu, oyun tərzini dəyişdirməyə məcbur etməlisən.
Erməni indi sərasər, gecə-gündüz məhz elə bu işlə məğuldur.
Diqqətimizi yayındırır, maddi-mənəvi imkanlarımızı başqa səmtə yönləndirir.
Şuşada abadlıq işləri aparır. Tikinti-quraşdırma komplekslərini genişləndirir. Turistlər dəvət edir.
Və eyni zamanda təxribatçı ideyalar səsləndirir. Məsələn, deyir ki, dolma bizə məxsusdur. Və çox təəssüf ki, biz də dərhal təxribata uyuruq: “Yox”, – deyirik, – dolma bizim milli təamımızdır.
Və dolmanın bizə aid olduğunu sübut etmək üçün pul ayırır, vaxt itirir, enerji xərcləyib “dolma festivalı” keçiririk. Və çox qəribədir ki, nəticədə dolma festivalının qalibi brazilyalılar olur…
Münaqişəni dolma, lavaş və s. qeyri-mövzuya ötürmək xüsusu məqsəd daşıyır: işğal prosesinin üçüncü mərhələsini – yaddaşın blokadasını yekunlaşdırmağa start verilib.

Erməni QHT-sindən tutmuş, siyasətçisinə – Levon Ter Petrosyana kimi, hamısının gəliş-gedişi, bizim “xeyrimizə” səsləndirdikləri bəyənatlar bir missiyaya xidmət edir.
Kompüter proqramçılarının diliylə desək, erməni bizi “format” eləmək istəyir.
Unutmayaq ki, “format” olunmuş kompüterin yaddaşından köhnə informasiyalar silinib gedir…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qaziantep təxribatı ilə bağlı şok: ABŞ kəşfiyyatı..

Next Post

ABŞ ordusunda hicaba icazə verildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ ordusunda hicaba icazə verildi

`Bankları bağlamaq yox, birləşdirmək lazımdır`- Deputat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.