"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Psixi problemləri olan 10 dahi

30 Avqust 2014 - 11:27
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Onlar dahi idilər, amma…fiziki-v-ruhi-saglamligin-q-nimi9bd916f8fa

 

Bu şəxslər dünyada öz sözünü demiş, dünya ədəbiyyatının, fəlsəfəsinin xəzinəsini dəyərli ideyaları, əsərləri ilə zənginləşdiriblər. Amma, onlar ruhi sağlıq durumu baxımından heç də problemsiz olmayıblar. Savash.org psixikasında problemlər olan 10 dahiylə bağlı maraqlı məlumatları oxucularına təqdim edir.

1. Edgar Allan Poe – Amerika yazıçısı (1809-1849)

Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü. Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona “yox” cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.

Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.

2. Ernest Heminquey – Amerika yazıçısı (1899-1961)

1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. O, tez-tez depressiyaya düşür, özünə inamı azalır, qorxuları artırdı. Demək olar ki, yaza bilmirdi. Bütün bunlara görə ruhi xəstəxanada müalicə almağa razılaşır, 20 dəfə elektroşok keçirir.

Klinikadan çıxan Heminquey görür ki, yenə də yaza bilmir. İlk intihara cəhdi də bu zaman edir. Amma yaxınları onu xilas edirlər. Arvadının xahişi ilə o, təkrar mülicə alır. Amma intihar niyyətindən əl çəkmir. Xəstəxanadan çıxan kimi özünü qoşalüləsi ilə güllələyir. “Kişinin yataqda ölməyə haqqı yoxdur” – o deyirdi, “kişi ya döyüşdə ölər, ya da gülləni alnına çaxar”.

3. Jonathan Swift – İrland yazıçısı (1667-1745)

Deyilənə görə yazıçı Alzheymer xəstəliyindən əziyyət çəkirdi. Ətrafındakı insanları tanıya bilmir, onların nitqini anlaya bilmirdi.

1742-ci ildə xəstəlik kəskinləşir, Swift iflic olur. Özünü idarə edə, özünə baxa bilməyən yazıçını yaxın qohumunun himayəsinə verirlər. 1745-ci ildə Swift vəfat edir. Sağlığında hədsiz dərəcədə populyar olan, əsərlərindən, o cümlədən “Qulliverin səyahəti”ndən çoxlu pul qazanan yazıçı var-datının ruhi xəstəxana tikilməsinə xərclənməsini vəsiyyət edir.

4. Franz Kafka – Avstriya-çex yazıçısı (1883-1924)

Kafkanın psixi vəziyyəti bəzən aylarla qeyri-stabil olurdu. Psixi problemlərinin kökü uşaq vaxtı atası ilə baş verən konfliktlərə gedib çıxır. Bir də gənc yaşlarında intim sahədəki psixosomatik problemlərinə.

Yazıçı 41 yaşında vərəmdən ölür, ömrünün son 3 ayında onun təkcə cismi məhvə doğru getmir, həm də psixikası pozulurdu. Ölümündən qabaq o, dostu Maks Broddan əsərlərini məhv etməyi də xahiş edir, amma Brod bu vəsiyyətə əməl etmir.

5. Sergey Yesenin – Rus şairi (1895-1925)

Sergey Yesenin dedikdə, ağıla “Anqleter” mehmanxanasındakı otağının istilik borusundan özünü asmağı gəlir. O. dəfələrlə Rusiyanın, Fransanın ruhi xəstəxanalarında müalicə almışdı. Diaqnoz: Manyakal-depressiv psixoz.

Simptomlar: İzlənilmə maniyası, qəfil qəzəblənib özündən çıxma, qeyri-adekvat davranış (o, mebeli, qab-qacağı, güzgünü sındrır, insanları təhqir edirdi).

6. Jean-Jacques Rousseau – Fransız yazıçısı, filosofu (1712-1778)

Russo daim ona qarşı sui-qəsddən şübhələnirdi, düşünürdü ki, ətrafındakı adamlar onu aradan götürmək, şərləmək istəyirlər. 1760-cı illərdə yazdığı “Emil, yaxud Tərbiyə haqqında” məşhur kitabından sonra yazıçının kilsə və hökumət ilə konflikti yaranır.

Bundan sonra o, daim məkanını dəyişməyə başlayır.İzlənilməkdən ehtiyatlanır. Bir dəfə isə qaldığı qəsrdə qalmaqal yaradır. Ona elə gəlir ki, qəsrin sakinləri onu ölmüş xidmətçinin qatili sayır və yazıçı tələb etməyə başlayır ki, meyit yarılsın.

7. Fridrix Nitsşe – Alman filosofu (1844-1900)

Nietzsche-nin xəstəlik tarixçəsində deyilir ki, o, bağırıb əzaib səslər çıxarar, öz çəkməsindən sidiyini içər, xəstəxananın gözətçisini Bismark zənn edər. koykada yox, yerdə yatar, keçi kimi atılıb-düşərmiş. Görkəmli filosof ömrünün son 20 ilində psixi pozuntulardan əziyyət çəkib. O özünün ən çox diqqət çəkən əsərlərini də həmin dövrdə yazıb.

8. Gi de Mopassan – Fransız yazıçısı (1850-1893)

1884-cü ildən başlayaraq onun xəstəliyi ağırlaşır. Ömrünün sonunda iki dəfə özünə qəsd edir: bir dəfə revolverlə, bir dəfə isə bıçaqla.

Diaqnoz: Beynin proqressiv iflici. Simptomlar: ippoxondriya (insanın öz sağlamlığından aşırı narahatlığı), intihara meyl, sayıqlama, hallüsinasiya.

9. Virciniya Vulf – İngilis yazıçısı (1882-1941)

Virciniya 13 yaşında olarkən yaxın bir qohumu onu zorlamağa cəhd edir. Bu onun psixikasına təsirsiz ötüşmür, onda kişilərə nifrət yaranır. Daha sonra anası və atası dünyasını dəyişir. Gənc qız hətta intihara da cəhd edir. Bundan sonra depressiyalar, yuxusuzluq və dəhşətli yuxular onun həyatında adi hala çevrilir.

Yaxınlarına əziyyət vermək istəməyən yazıçı 1941-ci il martın 28-də paltosunu geyir, ciblərini daşla doldurur və özünü Ous çayında boğur.

10.  Nikolay Qoqol – Rus yazıçısı (1809-1852)

Şizofreniya böyük yazıçını ömrü boyu rahat buraxmayb. Ömrünün sonunda isə kəskinləşib. Diaqnoz: Şizofreniya, periodik psixoz. Simptomlar: Görmə və eşitmə hallüsinasiyaları, apatiya dövrləri, süstlük, qəfil həyəcan tutmaları, klaustofobiya (kiçik məkanlardan qorxu).

1852-ci il fevralın 21-də Qoqol vəfat edir. Onun ölümünün səbəbləri hələ də tam bəlli deyil, amma güman edilir ki, yazıçı öz şübhələri və qorxuları ilə özünü fiziki və ruhi cəhətdən tükəndirmişdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

Next Post

TQDK-a orta ixtisas məktəbləri ilə bağlı AÇIQLAMA yaydı

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

TQDK-a orta ixtisas məktəbləri ilə bağlı AÇIQLAMA yaydı

Rusiya və Fransa prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.