Rusiya Krımda S-400 zenit raket kompleksləri yerləşdirdiyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsi yayıb.
S-400 zenit raket kompleksləri eyni anda 36 hədəfi məhv etmək qabiliyyətindədir. Bu komplekslər hədəfi 600 kilometrdən müəyyən etməyi bacarır. S-400 qanadlı raketlər, ballistik raketlər, vertolyotlar, təyyarələr əleyhinə istifadə edilir.




