
Konstitusiya dəyişikliyi barədə təklifin 9, 10, 11-ci maddələri qəbul edilib. 11-ci maddəyə əsasən parlament və prezident seçkiləri bir yerdə keçiriləcək.
Maddəyə əsasən prezidentin cinayət işləməsi iddiası ilə məclis üzvlərinin (tam say) tam əksəriyyətinin verəcəyi təkliflə cinayət işi açıla bilər. Məclis təklifi ən geci 1 ay ərzində müzakirə edib tam üzv sayının beşdə üçünün gizli səsi ilə cinayət işinin açılması barədə qərar qəbul edəcək.
Məclis üzvü və prezidentlik müddəti 5 il olacaq. 10-cu maddənin qəbulu üçün keçirilən gizli səsvermədə 483 deputat iştirak edib. 343 nəfər qanunun lehinə, 135 nəfər isə əleyhinə səs verib. 10-cu maddəyə əsasən prezident seçildikdən sonra bir və ya daha çox köməkçi təyin edə bilər. Prezident postu hər hansı bir səbəbə görə 45 gün boş qalsa, yeni seçkilər keçirilməlidir.



