"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Teatrdan kütləvi ixtisarlarla bağlı bəyanat

14 Yanvar 2017 - 13:53
in XƏBƏR LENTİ

Azərbaycan Dövlət Opera və Balet Teatrı xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə bağlı bəyanat yayıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

“Xalq artisti Mədinə Əliyevanın Opera və Balet Teatrından işdən ayrılması səbəbi haqqında səsləndirdiyi həqiqətdən uzaq olan fikirlərlə tanış olarkən təəccübləndik. Çünki balet artistlərinin teatrı “kütləvi surətdə tərk etməsini” təsdiq etməyə heç bir əsas yoxdur. Mədinə Əliyevanın 14 nəfər balet artistinin teatrdan məcburən uzaqlaşması haqqında məlumatı tamamilə yanlışdır.

Həqiqətdə isə öz yüksək professionallığı ilə fərqlənən balet truppası tam tərkibdə fəaliyyətini davam etdirir və repertuar üzrə tamaşalara hazırlaşır. Kollektivdə ənənəvi olaraq işgüzar əhval-ruhiyyə hökm sürür.

Mədinə Əliyevanın özünün işdən ayrılmasının səbəbi isə onun “gənc aktrisa” adlandırdığı xalq artisti Kamilla Hüseynovanın balet truppasına bədii rəhbər vəzifəsinə təyin olunması ilə qəti surətdə razılaşmamasıdır.

Kamilla Hüseynova uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı səhnə ustası olub. “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı, eyni zamanda Prezident mükafatçısıdır. Bir neçə ay öncə – 2016-cı ilin mayında o, “Şəhrizad” baletində Zübeydə rolunun parlaq ifası ilə səhnəsində çıxışlarını başa vurub, hal-hazırda zəngin təcrübəsini gənc, yeni yetişən balet artistlərinə ötürür. Və bu, çox düzgündür. Mədinə Əliyevanın bu vəziyyətlə razılaşmamasına gəlincə, teatr rəhbərliyi məsələ ilə əlaqədar dəfələrlə onunla söhbət aparıb, fəaliyyətini davam etdirməyə çağırıb. Lakin o özü üçün daha düzgün hesab etdiyi qərarı seçib. Öz istəyi ilə teatrdan azad olunmaq haqqında ərizə ilə müraciət edib və rəhbərlik onun arzusunu yerinə yetirib. Bir müddət əvvəl Mədinə Əliyeva Xoreoqrafiya Akademiyasından da öz ərizəsi ilə azad olunub. Təəssüf edirik ki, emosiya və ambisiyalar bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır. Eyni zamanda kiminsə şəxsi istəyini teatrın maraqlarından üstün tutmasını, onları ultimativ şəkildə səsləndirilməsini və yanlış məlumatları yaymasını düzgün hesab etmirik”.

Xalq artisti M. Əliyeva isə  bildirib ki, teatrda mübarizə apara bilmədiyi üçün işindən ayrılıb. “Orada elə sistem qurulub ki, mənim tək mübarizə aparmağa gücüm qalmadı. Ona görə də işdən çıxdım”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tanınmış jurnalist mahnı yazdı, özü də oxudu – VİDEO

Next Post

Azərbaycanda tətbiq olunan elektron imza Avropada tanınacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda tətbiq olunan elektron imza Avropada tanınacaq

Gömrükdə külli miqdarda spirtli içki tutulub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.