Marketdə satılan bəzi yağların üzərinə “duzsuz və xolesterolsuz” sözü yazılmışdır. “Duz” sözünü hamı başa düşsə də, xolesterolu bilənlərin sayı çox deyil. Xolesterol insan və bütün heyvan hüceyrələrinin əsas tərkib hissələrindən sayılan üzvi maddədir. Çoxsaylı araşdırmalar sübuta yetirmişdir ki, qanda xolesterol artanda ölüm riski də artır.
Quruluş olaraq yağ və yağabənzər maddələr sinfində yer alır. Hüceyrə zarının keçiriciliyində, hormonların sintez olunmasında, öd əmələ gəlməsində vazkeçilməz maddədir. İnsan bədənindəki xolesterolun iki qaynağı var; orqanizm özü sintez edən və qida ilə daxil olan. Xolesterolun qida ilə bədənə daxil olması şərt deyil, çünki orqanizm lazım olan xolesterolu özü sintez edə bilir. Yumurta, ət, qaraciyər, “fəst fud”, krevet, xərçəng, pendir və s. qidalar xolesteroldan zəngindir və qandakı xolesterolu yüksəldir. Artıq xolesterol qan damarlarının divarları arasında toplanaraq başda ürək və beyin damarları olmaqla damarları büzür, daraldır, ürək infarktı, insult kimi ciddi xəstəliklərə səbəb olur.
Xolesterol qanda həll olmadığı üçün zülallara birləşərək qanla bir yerdən başqa bir yerə daşınır. Qanda xolesterolu daşıyan iki zülal var; LDL və HDL. LDL xolesterolu pis xolesterol sayılır, çünki damarları daraldan, damar sərtliyinə səbəb olan, yuxarıda adı keçən xəstəlikləri törədən odur. HDL xolesterolu yaxşı xolesteroldur, çünki vəzifəsi damarlarda toplanan pis xolesterolu alıb qaraciyərə daşımaqdır. Burada pis xolesterol parçalanır və bədəndən uzaqlaşdırılır. Qanda pis xolesterol nə qədər aşağı, yaxşı xolesterol yuxarı olsa orqanizm üçün o qədər yararlıdır.
Qan analizlərində yaxşı və pis xolesterol səviyyəsini ölçdürmək mümkündür. Amerikan Ürək Cəmiyyəti 20 yaşdan yuxarı hər kəsə xolesterol səviyyələrini ölçdürməyi və 4-6 ildən bir təkrarlatmağı tövsiyə edir. Normal səviyyələr mg/dL ilə belədir: ümumi xolesterol <200 mg/dL, triqliserid <150 mg/dL, LDL <130 mg/dL, HDL >50 mg/dL- dır. Əlinizdə qan analizi varsa cavabları tutuşdurub xolesterol səviyyənizi öyrənə, yüksək çıxıbsa kardioloqa, dietoloqa, ya da endokrinoloq həkimə müraciət edə bilərsiniz.
Amerika və Avropa klinik protokolları xolesterol yüksəkliyi müalicəsində dərmandan qabaq əvvəlcə həyat tərzi dəyişikliyi və fiziki hərəkət məsləhət görür. Yulaf kəpəyi, arpa unu, soya, fındıq, qoz, meyvə, tərəvəz xolesterolu azaldan qidalardır. Gündə 1-2 badə qırmızı şərab, siqareti tərgitmək, artıq çəkidən xilas olmaq, doymuş yağlar yerinə bitki yağları istifadə etmək, trans yağlardan, rafine edilmiş karbonhidratlı qidalardan uzaq durmaq xolesterolu azaldır. Balıq və omega 3 yağları pis xolesterol səviyyəsinə təsir eləmir, amma triqliserid səviyyəsini azaldır, yaxşı xolesterolu artırır. Verilən məsləhətlərlə pis xolesterol aşağı düşməsə ya da ürək-damar xəstəliyi riski yüksəksə həkim birbaşa dərman dərman müalicəsinə keçər. “Statinlər” adlanan dərman qrupu xüsusilə önəmlidir və ürək-damar xəstələrində yararlı təsirləri dəfələrlə çoxdur. Bəzən KİV-lərdə statinlər əleyhinə kampaniyalar aparılsa da bunlar əsassızdır.