lazımdır”
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın andiçmə mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi mərasiminə dəvət etməsinə münasibət bildirib.
A. Coşqun deyib ki, Türkiyənin birtərəfli iddialara yanaşması məlumdur: “Tarixin hər hansı bir dövrü araşdırılsa, Türkiyə özünə tam güvənir. Biz şanlı Türk tarixinin istənilən dövrünü araşdırmağa hazırıq. Ancaq bu, çox kiçik parlamentlərdə, manipulyasiya edən bəzi dairələrin vasitəçiliyi ilə olmamalıdır, tarixçilərin obyektiv surətdə oturub arxivlərə baxmalarını tövsiyə edirik. Azərbaycan da eyni şeyi tövsiyə edir. Bu coğrafiyanın tarixini hər kəs yaxşı oxusun. Bugünkü gerçəkliklər 100 il əvvəl belə deyildi. 1914-cü ildə başlayan Birinci Dünya Savaşının 100-cü ildönümündəyik. O savaşda 16 milyon insan ölüb. Ancaq o dönəmlə bağlı haqqında az danışılan gerçəkliklər var. Balkanlardan Ərəbistan yarımadasına, Qafqazlara qədər 2 milyon türk və azərbaycanlı torpaqlarından qovulub və öldürülüb. Bu gerçəklikləri də danışmaq lazımdır. O dövrdə bir çox xalqlar əzab-əziyyətlə üzləşib. Biz obyektiv bir şəkildə, cəsarətlə bu barədə müzakirə aparmağa hazırıq. Ancaq siyasi manipulyasiyalarla tarixin təhrif edilməsini də heç vaxt qəbul etməyəcəyik. Buna heç bir şübhə ola bilməz ”.



