"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sergey Lavrovun Dağlıq Qarabağ açıqlaması – Azərbaycanın suveren hüquqlarının pozulması – ŞƏRH

17 Yanvar 2017 - 21:08
in XƏBƏR LENTİ

Dağlıq Qarabağ münaqişəsini yaradanlar hazırkı vəziyyəti saxlamaqda və bölgədə gərginlik ocağının qalmasında maraqlıdırlar

Dünyanın aparıcı dövlətlərinin, xüsusilə Dağlıq Qarabağ münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndələrinin problemə dair çıxışları bir qayda olaraq diqqətlə izlənilir. Çünki rəsmilərin açıqlamaları həm də dövlətlərinin məsələyə ədalətli və ya ədalətsiz yanaşmasının göstəricisi sayılır. Bu baxımdan Minsk qrupunun həmsədri olan Rusiyanın hökumət nümayəndələrinin dedikləri də istisna deyil.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib.

S.Lavrov “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına belə cavab verib: “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.

Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.

S.Lavrovun çıxışı onu deməyə əsas verir ki, rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe Azərbaycanın ərazi bütövlüyünün təmin edilmə baxımından qənaətbəxş deyil və suveren hüquqlarının pozulmasıdır.

XİN başçısının “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” tipli bəyanatı münaqişənin həllində vasitəçilik edən dövlətə inamsızlığı artırır. S.Lavrov çıxşında tərəf saxladığını gizlədə bilməyib. Heç kimə sirr deyil ki, bir dövlətin ərazi bütövlüyü məsələsi beynəlxaq hüquqa əsasən yalnız həmin dövlətin müsətsna hüquqlarına daxildir. Münaqişənin həllində vasitəçilik etmək istəyənlər bu amili mütləq nəzərə almalıdırlar. Əks halda, belə bir sual yaranır: Rusiya Dağlıq Qarabağı hansı ölkənin ərazisi sayır? Təbii ki, həmin bölgə və Ermənistanın işğal etdiyi digər ərazilər Azərbaycan torpaqlarıdır. Bəs onda Dağlıq Qarabağ münaqişəsi necə Azərbaycanın daxili işi sayılmır? Məgər Rusiya ilə bağlı belə bir hadisə baş versəydi, federasiyanın ərazi bütövlüyünü hansısa dövlət və güclər həll edərdi?

Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər beynəlxalq vasitəçi kimi çıxış edərək qan tökülməsinin qarşısını almaq niyyətində olduqlarını bildirirlər. Bu, onlara Azərbaycanın ərazi bütövlüyünü və həmin torpaqlarda rəsmi Bakının suveren hüquqlarını pozmaqda kimsəyə haqq qazandırmır.

S.Lavrovun çıxışı həm də vasitəçilərə olan inamsızlığın göstəricisidir. Həmin qrup və həmsədr dövlətlər bu kimi bəyanatları və işğalçını müdafiə edən mövqeləri ilə Azərbaycana ərazi bütövlüyünü tam təmin etməyə mane olurlar.

Rusiyalı nazir “Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgədə təhlükəsizliyi təhdid edir” desəydi, bunun fərqli yozumu da ola bilərdi.

Ancaq yuxarıda qeyd etdiyimiz şəkildə bəyanat Dağlıq Qarabağın indiyə qədər işğaldan azad edilməməsinin və bu prosesin gecikməsinin əsl baiskarını açıq şəkildə göstərir.

Beləliklə, münaqişənin həllinə yardım etmək istəyən Rusiyanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və birdəfəlik sülh əldə olunması prosesini əngəlləmiş kimi görünür. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsini yaradanlar onu həll etməkdənsə, hazırkı vəziyyəti saxlamaqda və bölgədə gərginlik ocağının aradan qalxmamasında maraqlıdırlar. Bu baxımdan vasitəçilik missiyası ilə çıxış edən dövlətlər arasında münaqişənin həllinə dair ümumi razılığın olmadığı bir daha təsdiqləndi.

share-block__img

Sədrəddin İsmayılov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Trampın Rusiyaya nüvə şərti hər kəsi çaşbaş salıb

Next Post

Azərbaycan özünü dərmanla 70 faiz təmin edəcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan özünü dərmanla 70 faiz təmin edəcək

Neftin qiyməti bahalaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.