"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lotu Qulinin məhbəsdən məktubu: “Lənkəranskinin…”

18 Yanvar 2017 - 09:47
in aktual-banner, Banner, Cebhe-banner

Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı qanuni oğru Nadir Səlifova (Lotu Quli) biət ediblər. Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, Lotu Quli həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə (Rövşən Lənkəranski) məxsus yeri tutub. Xatırladaq ki, Lənkəranski ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

“Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, – nəşr iddia edir.

Nəşr Lənkəranskinin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında Qulinin müraciətinin yayıldığını xəbər verib. Sitat: “…Həmçinin Sizi Rövşən Lənkəranski ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı”.

Rusiya nəşrinin yaydığı Lotu Qulinin “praqon” adlandırılan bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib. Məktubda adı keçən Hacı və Rüfət isə Lənkəranskinin yaxın adamlarıdır. Çox güman ki, söhbət Hacı Beyləqanski kimi tanınan Hacı Talıbxanlıdan və Rüfət Gəncinski kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. Hacı Beyləqanskinin isə azadlıqda olduğu deyilir…

Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər Ded Xasan ləqəbli qanuni oğru Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb-Y.M.) “smotryayuşi”si Ded Xasan kimi tanınmış qanuni oğru Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və Dedin yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, Dedin Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və “Sverdlovsk” ləqəbi alıb. Timur Sverdlovski 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. Timur Sverdlovski milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və Rövşən Lənkəranski bu bölgədə möhkəmlənə bildi. Amma Lənkəranski qətlə yetirilməzdən bir müddət əvvəl OMON Yekaterinburqda bir neçə əməliyyat keçirdi və Lənkəranskinin adamları həbsə alındı.

Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi ki, Ded Xasan klanı buranı rahatlıqla əldən verəcək. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov (indi o da həbsdədir-Y.M.) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra Ded Xasan klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.

Rövşən Lənkəranskinin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan Qulinin mövqelərinin güclənəcəyi gözlənilən idi. Bir müddət əvvəl “Rosbalt” agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən yazmışdı ki, Lotu Quli və Gürcüstan doğumlu Vaqif Bakinski kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.

Lənkəranskinin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağı gözlənilən idi. İddia var ki, Lənkəranskinin bazarları uğrunda mübarizəyə gürcü və çeçen qanuni oğrular da qoşulub.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Terrorçunun tutulduğu evdən nələr çıxdı? – İlginc məqamlar – Foto

Next Post

Qafqaz Universiteti ləğv olundu

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Qafqaz Universiteti ləğv olundu

Avroparlamentin yeni sədri kimdir? - DOSYE

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.