"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Xanımlar yaşlarını gizlətsələr yaxşıdır` – Sabir Məmmədov

24 Yanvar 2017 - 11:57
in XƏBƏR LENTİ

Bu gün əməkdar artist, tanınmış aktyor Sabir Məmmədovun doğum günüdür. Aktyor 55 yaşını qeyd edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Sabir Məmmədov özəl günü ilə bağlı təəssüratlarını  bölüşüb.

Əməkdar artistin sözlərinə görə, ona ilk təbriki həyat yoldaşı edib: “Xanımlar yaşlarını gizlətsələr yaxşıdır. Çünki xanımlar həmişə gözəl görünmək istəyirlər. Ona görə də xanımlardan yaş soruşmaq olmaz. Kişi üçün yaş var-dövlətdir. Canım sağlamdırsa, varamsa, bu, elə var-dövlətdir. Həyatda heç nəyə peşiman deyiləm. “Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərədim” deyənlərdən olmamışam. Əksinə, gələcəyin xülyası ilə yaşayıram.

Ad günümü ilk xatırlayan həyat yoldaşım oldu. İlk onun yadına düşdüm. Təəssüf ki, nəvələrim hələ balacadılar. Onların da təbriklərini eşitmək istərdim”.

Aktyor doğum gününü iş yoldaşları və ailə üzvləri ilə birlikdə qeyd edəcəyini söyləyib: “55 nə yaşdı ki, hələ cavanam”.

Qeyd edək ki, Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmiş, teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Xoşbəxt adam (“Park”, Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Hüseyn (“Bəxt üzüyü”, Vaqif Səmədoğlu), Toğrul (“Uca dağ başında”, Vaqif Səmədoğlu), Xəlil (“Müvəqqəti ər”, Rəşid Nuri Güntəkin) və s.

1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Səfər (“Gecə döyülən qapılar”, Nəbi Xəzri), Kumar (“Qanqın böyük dalğası”, C.Əfruz), Fərman (“Yalan”, Sabit Rəhman), Şahmar (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev), Saday bəy (“Hökmdar və qızı”, İlyas Əfəndiyev), Akkanad (“Sokratı anma gecəsi”, Çingiz Aytmatov), İlus (“Burla xatun”, Nəbi Xəzri), Teymur ağa (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Novruz bəy (“Aydın”, Cəfər Cabbarlı), Sarvan (“Bu dünyanın adamları”, Hidayət), Şair (“Kəllə”, Nazim Hikmət), Horatsio (“Hamlet”, Uilyam Şekspir), M.Ə.Sabir (“Hərənin öz payı”, X.Qoca), Dulu Xaqan (“Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə), Yavuz (“Afət”, Hüseyn Cavid), Oğlan (“Qatil”, Elçin), İsgəndər (“Ölülər”, Cəlil Məmmədquluzadə), Seyid Hüseyn (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Rəşad (“İkinci səs”, Bəxtiyar Vahabzadə), Fərəc (“Boy çiçəyi”, İlyas Əfəndiyev).

Sabir Məmmədov “Kamança” (Əbdüləli), “Qaçaq Süleyman” (Murad), “Yağışdan sonra” (Əmin), “Apardı sellər Saranı” (İgid), “Qırmızı qar” (Əsgər) teletamaşalarına və “Babamın babasının babası” (Tapdıq), “Təzə evlənənlər” (Rüstəm) bədii filmlərinə çəkilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Assosiasiya rəhbəri Sülh Platformasına qoşuldu

Next Post

Əsəd iflic oldu – Moskva həkimlərini göndərdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əsəd iflic oldu - Moskva həkimlərini göndərdi

DİN-dən Bakıdakı silahlı insidentlə bağlı məlumat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.