"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nar maliyyə hesabatlarını gizlədir?.. – ARAŞDIRMA

25 Yanvar 2017 - 17:56
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanda mobil operatorların fəaliyyətindən narazılıq daim var. Heç şübhəsiz milyonlarla müştəri ilə işləmək asan məsələ deyil, bu və digər operatorun fəaliyyəti heç də hamını razı sala bilməz. Lakin fəaliyyətindən kütləvi narazılıqların olduğu operatorlar hər halda loru dillə desək, özlərinə çəki-düzən verməyə məcbur olmalıdırlar. Lakin təəssüflər olsun ki, bizdə tam əksidir.

Ən çox şikayət olunan müəssisə cəmiyyətə qapalı olmağa, narazılıqlara əhəmiyyətsiz yanaşmağa davam edir ki, bunlardan biri də “Nar” mobil operatorudur. “Azerfon” MMC olaraq 21 mart 2007-ci il tarixindən etibarən “Nar Mobile” ticarət markası ilə abunəçilərə xidmət göstərməyə başlayan operator hələ də bazardakı rəqiblərinə uduzmaqdadır. Hər nə qədər ölkənin telekommunikasiya və mobil rabitə sahəsində aparıcı şirkətlərdən birinə çevrildiyini iddia etsə də, şirkətin fəaliyyətində qüsurlar həddən artıq çoxdur. 7 aprel 2015-ci il tarixində “Nar Mobile” ticarət nişanı dəyişərək “Nar” oldu. Adı ilə bərabər rəngini, logosunu da bir neçə dəfə dəyişən şirkətin fəaliyyətində dəyişən heç nə olmadı. Əskinə, narazılıqlar durmadan artır, “Nar”ın soyğunçuluğundan bezən abunəçilər nömrələrini digər operatorlara daşımağa başlayırlar. Belə bir narazılıq bu günlərdə mediada geniş yayıldı.

Məlumat şirkətin təqdim etdiyi “Günlük internet paketi” ilə bağlı idi. Bildirilirdi ki, “Nar” bu xidmət adı altında gün ərzində müştərinin balansından 5 qəpik çıxır və əvəzində 30 mb internet paketi verir: “Halbuki, müştərilər var ki, gün ərzində o internet paketindən istifadə etmirlər və bəzi müştərilərində internet haqqında anlayışı yoxdur. GPS xidmətini dəstəkləməyən sadə telefon istifadəçiləri xəbərləri olmadan operator tərəfindən qoşulduqları bu internet paketindən necə istifadə etsinlər..?

“Nar” operator müştəriləri onu da bildirirlər ki, balanslarından məbləğin silinməsi ilə bağlı operatora zəng etməyə məcbur olurlar və bu zəngə görə də əlavə məbləğləri çıxılır. Sadə bir hesablama aparsaq görərik ki, şirkət müştərilərdən icazəsiz onların cibinə girərək hansı məbləğdə qazanc əldə edir. Azərbaycan əhalisinin sayının on milyondan artıq olduğunu nəzərə alaraq və eləcədə mobil operatorlar arası zəng qiymətlərinin də yüksək olduğu üçün hər kəsin iki, yaxud da üç nömrə işlətdiyi üçün hesablamamızı buna uyğun apardıq.

Təxminən bir milyon adamın balansından hər gün 5 qəpik çıxıldığını nəzərə alsaq, “Nar”ın müştərilərdən hər gün 50.000 manat (əlli min manat) pulunu oğurladığının şahidi olarıq. Abunəçilərin bildirdiyinə görə, operatora zəng zamanı bildirilib ki, bu kampaniya 12.01.2017-ci il tarixdən başlanıb. Bu gün isə ayın iyirmisidir (material 20 yanvar günü yayımlanıb-red). Keçən bu 6 gün ərzində müştərilərin 300.000 manat (üç yüz min manat) pulu “Nar” tərəfindən oğurlanıb”.

Mövzu diqqətimizi cəlb etdi və bu adı bu qədər ciddi bir pozuntuda hallanan şirkətin maliyyə hesabatlılığı səviyyəsilə bağlı kiçik bir araşdırma aparmaq qərarına gəldik. Bu niyyətlə daxil olduq şirkətin www.nar.az saytına. Lakin çox təəssüflə qeyd etməliyik ki, saytda maliyyə hesabatı adlı bir sənədə rast gəlmədik. Ümumiyyətlə, şirkətin saytında “Hesabatlar” adlı bir bölüm yoxdur. Saytın axtarış bölümündə “hesabat” sözünü yazıb axtarışa verdik ki, bəlkə diqqətimizdən qaçan məqam var, lakin aşağıdakı xəbərdarlıq çıxdı: The following errors were encountered, This form has expired. Please refresh and try again (təxmini tərcüməsi: Aşağıdakı səhvlər rast gəldiniz: Bu forma doldu, yeniləyin və yenidən cəhd edin.)

Şirkətin saytında “Çağrı Mərkəzi”nə (777) daxil olan zənglərin statistikasına da rast gəlinmir. Təcrübədə bir çox müəssisələrin bu statistikanı, üstəlik edilən müraciətlərin məzmunu üzrə bölgüsünü də aylıq, rüblük, illik ictimailəşdirdiyinin şahidiyik. Bir məsələni də xüsusi olaraq qeyd etmək yerinə düşər ki, digər mobil operatorlardan fərqli olaraq, “Nar” rəhbərliyi media qarşısına çıxmağa, ictimaiyyəti maraqlandıran suallara cavab verməyə o qədər də həvəsli görünmür. Saytın Gələcəyə baxışımız bölümündə isə belə bir şüar var: “Nar” yenilikçi məhsul və xidmətlərini sərfəli qiymətə təklif edən sevilən markadır. Biz müştərilərimizi, işçilərimizi və səhmdarlarımızı daim məmnun etməyə can atırıq.

“Dəyərlərimiz” bölümünün şüarları da xeyli maraqlıdır:

Bütövlük

Müştəri yönümlülük

Komanda işi və əməkdaşlıq

Nəticə yönümlülük

Davamlı təkmilləşmə

İnsanlar arasında rahat və asan mobil rabitəni təmin etməyi qarşısına məqsəd qoyan komandamızın fəaliyyəti gözəl və uğurlu bir vəhdət təşkil edir.

P.S. Obyektivlik naminə qeyd etmək yerinə düşər ki, adıçəkilən şirkət fiziki qüsurlu insanlar, kimsəsiz uşaqlar üçün zaman-zaman müxtəlif layihələr reallaşdırır. Lakin bu layihələrin hansısa aztəminatlı insanın cibindən oğurlanan vəsaitlər hesabına keçirilməsi effektini azaltmış olur.

P.P.S Qarşı tərəfin də mövqeyini verməyə hazırıq. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağda döyüşən 62 yaşlı erməni yanaraq öldü

Next Post

AZAL-ın Londonda saxlanılan bələdçilərindən xəbər yoxdur

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

AZAL-ın Londonda saxlanılan bələdçilərindən xəbər yoxdur

`Azərbaycanda FETÖ-nün beli qırıldı` - Türkiyə səfiri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.