Milli Məclisin spikeri Oqtay Əsədov deputatlara xəbərdarlıq edib.
Milli Məclisin bu gün keçirilən iclasında spiker davamiyyətlə bağlı deputatlardan şikayətlənib.
Parlament sədri qeyd edib ki, deputatlar Milli Məclisin iclasında iştirak etməlidirlər: “Necə edək? Günün ikinci yarısında da qeydiyyatdan keçməliyik? Biri deyir, görüşüm, digəri deyir işim vardı. Bura seçilmisənsə, işin burada olmalıdır, görüş yeriniz Milli Məclisdir”.




