Rusların 85%-i Rusiya Prezidenti Vladimir Putini dəstəkləyir.
Axar.az xəbər verir ki, bu nəticə Rusiya Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin apardığı sorğudan sonra ortaya çıxıb. Putinin fəaliyyətindən əhalinin yalnız 9%-i narazı qalıb. Baş nazir Dmitri Medvedyevin fəaliyyətindən razı olanların sayı əhalinin 60%-ni təşkil edir.
Şimal qonşumuzda ən etibar edilməyən şəxslər siyahısına isə 24,5% səslə Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rəhbərlik edir.
Rusiya ən etibar edilən partiya da, hələ ki, Vahid Rusiyadır. Rusların 50,7%-i bu partiyaya inanır. Ondan sonrakı yeri isə 11,8%-lə Liberal Demokrat Partiyası tutur.




