AMEA nəzdində Respublika Sesysmoloji Xidmət Mərkəzi (RSXM) Bakıda vulkan püskürməsi ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 6-da yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də RSXM-nin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonu ərazisində 2 vulkan püskürməsi qeydə alınıb. 1-ci vulkanın davam etmə müddəti 3 dəq 23 san, 2-ci vulkanın davam etmə müddəti 6 dəqiqə olub.
**
15:36
Bakının Qaradağ rayonunda vulkan püskürüb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
FHN rəsmisi bildirib ki, hadisə Səngəçal qəsəbəsində baş verib: “Həmin ərazidə palçıq vulkanının püskürməsi barədə nazirliyə məlumat daxil olub. Hadisə barədə Milli Elmlər Akademiyasının vulkanologiya şöbəsinə məlumat verilib və FHN-in briqadaları hadisə yerindədirlər”.
Qeyd edək ki, bir qədər öncə sosial şəbəkələrdə Səngəçalda partlayışın olması haqda məlumatlar yayılmışdı.




