Dövlət başçısı ilə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşdə Azərbaycan və Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənəddən danışılıb; ekspertlər səfəri faydalı sayır
Prezident İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb. Səfərin sonuncu günü ölkə başçısı Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşüb. President.az saytının məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Vurğulanıb ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlər bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək. Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edilib.
Qeyd edək ki, səfərin əvvəlki günlərində də prezidentin bir sıra mühüm görüşləri olub. Beləliklə, Avropa İttifaqı ilə Bakı arasında yeni körpülərin atılması baxımından bu səfər uğurlu hesab edilir.
“Ölkə başçısının Belçikaya səfərini Avropada müxtəlif kəşfiyyat strukturları və siyasi mərkəzlər üzərindən idarə olunan qüvvələrin məğlubiyyəti sayır, Azərbaycanın beynəlxalq maraqlarının qorunmasında mühüm səhifə hesab edirəm”.

Deputat Zahid Oruc bu fikirləri prezident İlham Əliyevin Belçikaya səfərini, keçirdiyi görüşləri şərh edərkən “Yeni Müsavat”a söylədi. O bildirdi ki, Qərbin dünyada təhlükəsizlik və iqtisadi arxitekturalar quran paytaxtında, Brüsseldə ən yüksək səviyyələrdə ölkə başçısının qəbul olunması Azərbaycanın vazkeçilməz dövlət statusunun bir daha təsdiqlənməsi demək idi: “Bu, hazırki qeyri-müəyyən beynəlxalq münasibətlər şəraitində bu son dərəcə əhəmiyyətli hadisədir. Avropalı liderlər Amerikada yeni administrasiyanın xarici siyasət kursundan çox narahatdırlar. Keçmişdə formalaşan dünya düzəni gözlərimiz önündə çökür və əvəzində sürətlə yeni ittifaqlar yaranır. Üstəlik, Breksitdən sonrakı proseslər Qərbin hansı güc mərkəzlərindən idarə olunmaq istədiyini təyin etməyə imkan vermir. Belə bir şəraitdə avropalı liderlər Qafqazın siyasi mənzərəsini və burada yüz illər dominantlıq edən iqtisadi nəhənglərin maraqlarını neytrallaşdırmağı bacaran bir dövlətin başçısının qlobal layihəsinə-“Cənub Qaz Dəhlizi”nə dəstəklərini ifadə edirlər. Nəzərə alın ki, Transatlantik və yaxud Sakit okeanı hövzəsində Obama dövrünün mirasından imtina baş verib. Belə olan təqdirdə Azərbaycanın Qərbin enerji təhlükəsizliyindəki müstəsna yerini əvəz etmək mümkün deyil. Lakin Tusk və Yunker yaxşı bilir ki, vaxtilə assosiativ sazişlə ərazi bütövlüyünü və suverenliyini itirmiş Ukrayna ilə müqayisədə, yaxud yeni prezident Dodonun hakimiyyətə gəlişi ilə Moskvaya 180 dərəcəlik dönüş edən Moldovanı nəzərə alanda son illər Moskvanın hərbi-siyasi dəstəyini əldə etmiş Bakı Qərblə daha üstün siyasi-iqtisadi şərtlərlə danışıqlar apara bilir”.
Z.Orucun sözlərinə görə, “qonşuluq siyasəti” tamam iflasa uğramasa da, hamını eyni geopolitik hərəkatın içərisinə ala bilməz: “Keçmiş sovet ölkələrinin mənafeləri bir-birindən kəskin fərqlənir. Ona görə də İlham Əliyev Qərblə açıq və güclü münasibətlər qurmağa qadir olan lider kimi danışıqlar aparır. Bizi Almaniyadan hazır direktivlər vasitəsilə, yaxud Baydenin qovluğu ilə idarə etmək mümkün olmadı. Belə bir şəraitdə, Avroparlamenti antiAzərbaycan elementlərinin kürsüsünə çevirən Antoni Tayani faktiki olaraq itirdi və daha dar maraqlarının oyunçusuna çevirməklə təmsil etdiyi qurumun siyasi intriqalar və dəhliz müharibələrinin alətinə çevrildiyini gizlədə bilmədi”. Deputat İ.Əliyevin səfəri zamanı aksiya keçirməyə cəhd göstərənlərlə bağlı da fikirlərini bölüşdü: “Hər halda, Azərbaycan əleyhinə orada petisiya edən bir ovuc hüquq istismarçıları milli və təhlükəsizlik maraqlarımızdan o qədər uzaq düşüblər ki, prezident İlham Əliyevin səfərinin strateji məqsədlərini anlamaqda belə çətinlik çəkirlər. Adamlar az qala Tramp əleyhinə Amerika inqilabı törətməyə hazırdırlar. Yetər ki, klintonların, nulandların liberal demokratiyasının tankları ölkələrin suveren sərhədlərinin yarıb keçsin və avtomat əllərində hakimiyyətləri devirib yeni inqilabi hökumətlər qursun. Yox, islahatları və böyük dəyişilim proqramlarını özü aparan Azərbaycan heç bir paytaxtın diktəsi altında olmadan və Donald Trampın vəd etdiyi 4 illik başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmək siyasətini yüksək qiymət qiymətləndirərək Avropada qurulan məhkəmə səhnələrini onların özlərinin əleyhinə çevirməyi bacardı. Ona görə də Azərbaycan regionda yeni şəraiti yaradan bir dövlət kimi Avropa Birliyi ilə tamamilə fərqli bir ”yol xəritəsi” üzərində hərəkət etməyi qərarlaşdırıb. Ümidvarıq ki, qarşıdakı yaxın illərdə bir tərəfdən Azərbaycana 100 milyardlarla dollar gəlir vəd edən və iqtisadi gücünü artıran layihələr bəhrəsini verəcək, eləcə də insanlarımızın Avropaya gedişini asanlaşdıran yeni hüquqi sistemi formalaşdırmaq mümkün olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, prezidentin Brüssel səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişlə bağlı sənədin hazırlanmasına start verdi və hər iki tərəfdən nümayəndə heyətləri danışıqlara başladı.
Ekspertə görə, İ.Əliyevin Brüsselə səfəri o deməkdir ki, rəsmi Bakı bu sənədin imzalanması müddətini qısaltmağa hazırdır. E.Şahinoğlu hesab edir ki, Brüssellə strateji sazişin imzalanması rəsmi Bakıya həm də ona görə vacibdir ki, Avropa İttifaqı Azərbaycan qazının əsas alıcısı olacaq: “İlham Əliyev Brüsseldəki danışıqların hər birində ”Cənubi Qaz Dəhlizi” layihəsinə xüsusi önəm verirdi. Bu layihənin dəyəri 40 milyard dollardır”. Politoloq bildirdi ki, Avropa İttifaqı ilə imzalanacaq sənəddə insan haqları və demokratiya mövzularına da diqqət yetiriləcək: “Təsadüfi deyil ki, Donald Tusk İlham Əliyevlə birgə mətbuat konfransında Azərbaycan prezidenti ilə bu mövzular ətrafında da fikir mübadiləsi apardığını dedi. Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişi imzalandıqdan sonra Azərbaycan hakimiyyəti söz və fikir azadlığı məsələlərinə həssas yanaşmaq məcburiyyətindədir. Əks halda, Avropa İttifaqının müxtəlif institutları daima Azərbaycanla əməkdaşlıq edən Avropa komissarlarına təzyiq edəcəklər ki, rəsmi Bakıya təsir etsinlər. Beləliklə, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi imkanları rəsmi Bakının əlindədir. Rəsmi Bakı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi vədini verərsə, Azərbaycan Avropa İttifaqı ilə arasındakı məsafəni qısaldacaq. Məsələn, Gürcüstan bu istiqamətdə atdığı addımlar sayəsində Avropa İttifaqının gürcülərə tətbiq olunan vizanın ortadan qaldırılmasına nail oldu. Azərbaycanın da eyni yanaşmaya ehtiyacı var”.
“Azərbaycanın özündə bir tərpəniş olmasa, Azərbaycan özü üçün bir iş görməsə, kiminlə görüşməkdən asılı olmayaraq, bu kimi təmasların ciddi bir nəticəsi olmaz. Amma Azərbaycan naminə nələrsə etmək kursu götürülsə, yalnız onda nələrəsə nail olmaq mümkündür. Əsas iş görməkdir, Azərbaycanın da bu niyyəti yoxdur. Görüşlərlə məsələ həll olunsaydı, nə vardı ki?”

Bunu KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Partiya rəhbəri ölkə başçısının səfərinə qarşı atılan addımlara da reaksiya verdi: “Kim ki, Azərbaycanın əleyhinədir, biz də onun əleyhinəyik. Harada ki, Azərbaycan əleyhinə bir şeylər var, biz də hamılıqla ona qarşı olmalıyıq. Amma ayrı-ayrı şəxslərin əleyhinə olmaq məsələsinə fərqli yanaşmaq lazımdır. Yəni dövlətlə insanları eyniləşdirmək olmaz. Təfərrüatı ilə məlumatım yoxdur. Amma bildiyim qədər anti-Azərbaycan məsələləri var, biz bunun əleyhinə olmalıyıq, bu, bizim vətəndaşlıq borcumuzdur”. Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artdığı bir dövrdə Avropaya inteqrasiyanın sürətləndirilməsi də məqsədəuyğun sayılır. M.Mirəlioğlu: “Bu məsələ sanki eyni mənbədən qaynaqlanır. Azərbaycan özü üçün müstəqil kurs götürüb, Avropaya doğru addımlar atır, onda da rus təhdidləri artır. Məsələn, hamı elə bilir ki, Jirinovski qeyri-ciddi adamdır, gicbəsərin biridir. Amma elə deyil, Jirinovski hər zaman rus dövlətinin mövqeyini açıqlayır, Putinin geniş dairədə deyə bilmədiklərini deyir. Ona görə də indiki vaxtda Azərbaycan Avropaya inteqrasiya kursundan geri durmayacaq. Eyni zamanda Bakı ”rus ayısı”nı da çox qıcıqlandırmayacaq. Rusiya bizə qarşı ənənəvi mövqeyindən imtina etməyəcək. Həm də biz istənilən halda Avropa ilə münasibətlərimizdən geri çəkilməli deyilik”.