Hakim partiyanın fraksiya rəhbəri Belarusun KTMT-dən uzaqlaşdırılmasını istədi
Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünə xitam verilməsi məsələsini qaldırmalıdır.
Musavat.con erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin 8 fevral tarixli iclasında hakim Respublikaçı Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan təklif verib. Onun iddiasına görə, Belarus artıq Azərbaycana münasibətdə ilk dəfə deyil ki, belə davranır.
“Bu addım KTMT-dəki müttəfiqlik münasibətlərinə ziddir. Ona görə də biz Belorusun bu təşkilatdan uzaqlaşdırılması məsələsini qaldırmalıyıq” – Baqdasaryan deyib.
Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən blogger Aleksandr Lapşinin mühakimə olunması üçün Belarusdan Bakıya ekstradisiya olunması Ermənistanı şoka salıb.
Hətta bəzi erməni ekspertlər Azərbaycanın bununla Ermənistana 10-0 hesabı ilə qalib gəldiyini bildiriblər və KTMT-də İrəvanın müttəfiqi olan Minskin bu qərarından sarsıldıqlarını etiraf ediblər.