Ekspert: “Əgər hər hansı şəhərdə tikinti dayanıbsa, deməli, o şəhər ölüb”
Hökumət inşaat sektorunda çalışan iş adamları üçün şərtləri yüngülləşdirib. Bunu tikinti sahəsində çalışan sahibkarlardan biri “Yeni Müsavat”ın müxbiri ilə söhbətində deyib. O qeyd edib ki, yeni qaydalara əsasən artıq tikinti üçün sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti deyil, rayon icra hakimiyyətləri verir.
Daha müsbət bir məqam isə odur ki, sərəncam müraciət edildiyi gündən sonra 3 gün ərzində təqdim olunur, yəni süründürməçiliyə yol verilmir.
Sahibkarın sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da tikinti sektorundakı iş adamlarına problem yaratmırlar. Hətta bu duruma nəzarət üçün Prezident Administrasiyasının kuratorları Bakı şəhərini gəzərək tikinti gedən ünvanlara baş çəkir, iş adamlarının problemləri ilə maraqlanır, məmurlardan onlara qarşı təzyiq olub-olmamasını soruşurlar. Sözügedən durum son zamanlar tikinti sektorunun canlanmasına və yeni inşaat sahələrinin artmasına da səbəb olub.
“Yeni Müsavat”a açıqlamasında bu durumu dəyərləndirən mənzil-tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov da bildirdi ki, hökumət iqtisadiyyatı canlandırmaq üçün tikinti sektorundan başlamaqla doğru addım atıb: “Tikinti sektoru iqtisadiyyatın lokomotividir. Əgər hər hansı şəhərdə tikinti gedirsə, deməli, orada iqtisadiyyat var, əgər tikinti dayanıbsa, deməli, o şəhər ölüb. Ona görə də, iqtisadiyyatı qaldırmaq üçün birinci növbədə tikinti sektorunu hərəkətə gətirməlisən. O baxımdan ilk növbədə diqqət bu sahəyə yönəlir. Əgər əvvəllər dövlət məmurları tərəfindən tikintiyə maneə törədilirdisə, bu gün həmin maneələr tədricən aradan qaldırılır. Bu da iqtisadiyyatdakı mövcud durumu tezliklə həll etməyə yönəlib. Tikinti sahəsini canlandırmaqla həm məşğulluğu artırmaq olar, həm də insanların maddi və mənzil problemlərini həll etmək olar. Əsas məqsəd budur”.

Ekspertin fikrincə, tikinti sektorunda çalışan sahibkarların üzərindəki təzyiqlərin götürülməsi bir müddət sonra mənzil bazarında qiymətlərin stabilləşməsinə, o cümlədən ilkin bazarda ucuzlaşmaya səbəb ola bilər: “Çünki bilirsiniz ki, tikintiyə yaradılan inzibati maneələr son nəticədə satış qiymətinin artmasına gətirib çıxarırdı. O maneələrin aradan qalxması satış qiymətlərinin stabilləşməsi qaçılmaz olacaq. Satışın həcmində də artımlar olacaq. Çünki sahibkarların çoxu o maneələrdən çəkinərək tikintidə məhdudiyyətlər yaşayırdı. İndi isə tikintinin həcmində artım olacaq. Bu da son nəticədə məşğulluğun artmasına, yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq”.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə qeyd etdi ki, tikinti sektorunda bürokratik əngəllər aradan qalxsa da, bu, qiymət siyasətinə təsir etməyib: “Ölkədə iqtisadi vəziyyətin mürəkkəbləşməsi təbii ki, hökuməti daha çevik addımlar atmağa sövq edir. Bunlardan biri də Azərbaycanda sahibkarlıq mühitini yaxşılaşdırmaq, iş adamlarına yaradılan süni problemlərin aradan qaldırmaqdır. Hesab edirəm ki, tikinti sektorunda tətbiq edilən yeni qaydalar da bu prosesin tərkib hissəsidir. Uzun müddət idi ki, biz də hökumətə təkliflər verirdik, bildirirdik ki, Azərbaycanda tikinti sektorunda problemlər məhz inzibati müdaxilələrin çox olması nəticəsində yaranır. Hökumət, nəhayət ki, bu addımlar atmaqla o problemlərin bir hissəsini aradan qaldırdı. Ancaq tikinti sektorunda kənar ödənişlərin bürokratik əngəllərin aradan qaldırılmasına baxmayaraq, təəssüf ki, biz yeni tikililərdə qiymət ucuzlaşması müşahidə etmirik”.
İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti islahatlara getsə də, tikinti şirkətləri hələlik qiymət siyasətində əvvəlki proqramla işləməyə meyllidirlər: “Çox təəssüf ki, Azərbaycanda sahibkarların əksəriyyəti qiymət siyasətində tələb-təklif faktoruna əsaslanmırlar, gəlir və xərcləri arasındakı nisbətə uyğun addım atmırlar. Bu da Azərbaycanda müəyyən sahələrdə nəzəri baxımdan müəyyən vərdişlərin olmamasından, iqtisadi nəzəriyyənin işləməməsindən irəli gəlir. Bu islahatların öz məqsədinə nail olması üçün tikinti sektorunda qiymət siyasətinə nəzarət güclənməlidir. Qiymət siyasətini dəyişməyən şirkətlərin kifayət qədər kənar maliyyə resursları var və həmin resurslar hesabına fəaliyyət göstərirlər, ona görə də satmadıqları binaların boş qalması onları narahat etmir. Ancaq boş qalmış binalar hökuməti narahat etməlidir”.