Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün keçirilən səsvermədə ölkəsinin yeni prezidenti seçilib.
“Ria Novosti” xəbər verir ki, Almaniyada müstəsna olaraq prezident seçmək məqsədilə çağırılan Federal Məclisin 1239 üzvündən 931-i Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib. İlk turda seçilmək üçün sabiq xarici işlər nazirinə 631 səs lazım olub.
Qeyd edək ki, Ştaynmayer 2005-2009-cu və 2013-2017-ci illərdə Almaniyanın XİN rəhbəri olub.
.jpg)



