"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu, dünyaya bir mesajdır”

16 Fevral 2017 - 22:14
in SİYASƏT

<font color=red><b>“Bu, dünyaya bir mesajdır”</b></font>

Qüdrət Həsənquliyev: “ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycanda görüşünün təşkili də əməkdaşlığın bir nümunəsidir”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Fevralın 20-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilməsi planlaşdırılan “referendum”a beynəlxalq təşkilatların və bəzi dövlətlərin münasibəti ikili standartların bariz nümunəsidir”.
Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili, Qüdrət Həsənquliyev “Dağlıq Qarabağ Respublikası”nda fevralın 20-də keçirilməsi planlaşdırılan “referendum”a münasibət bildirərkən söyləyib.
Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan ikili standartlar siyasətindən əziyyət çəkib: “Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın Gürcüstandakı səfirliyi Cənubi Osetiyada apreldə ad dəyişikliyi ilə bağlı planlaşdırılan qanunsuz “referenduma” dərhal münasibət bildirib. Azərbaycana münasibətdə ikili standartların səbəbləri də məlumdur. Səbəblər Azərbaycanın bir müsəlman ölkəsi olması, eyni zamanda Avropa və ABŞ-da güclü erməni lobbisinin mövcudluğudur. Erməni diasporu maliyyə və siyasi aktivlik baxımından olduqca güclüdür, yeri gələndə ayrı-ayrı siyasətçiləri şantaj edir, pulla ələ alırlar. Həmin siyasətçiləri ya ədalətsiz mövqe sərgiləməyə, yaxud susmağa məcbur edirlər. İndi də anoloji proses baş verir. Çox təəssüf ki, dünyanın acı reallıqları bundan ibarətdir. Azərbaycan Xarici İşlər Nazirliyi artıq “Dağlıq Qarabağ Respublikası”nda keçirilməsi planlaşdırılan “referendum”a münasibət bildirib.

“Azərbaycan diasporu kifayət qədər aktiv olmalıdır”

Azərbaycan diasporu, xarici ölkələrdəki səfirliklərimiz də, diplomatiyamız kifayət qədər aktiv olmalıdır ki, bu Dağlıq Qarabağ Respublikası”nda keçirilməsi planlaşdırılan “referendum”un təxribat olduğunu, bölgədə sülh və əmin-amanlığa xidmət etmədiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın”.
BAXCP sədri Azərbaycan prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamını da yüksək dəyərləndirib: “Bu, dünyaya bir mesajdır. Söhbət tək bir kəndə insanların qayıtmasından getmir. Söhbət ondan gedir ki, torpaqlarımız işğal altındadır, Azərbaycan keçən il aprel savaşında torpaqlarının bir hissəsini işğaldan azad edib. Həmin kənd artıq atəş altında qalmır, təhlükəsizlik təmin edildiyinə görə insanlar həmin kəndə qayıdır. Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri də bu siyasi prosesə bir dəstək olmalı idi. Başqa sözlə, yəni beynəlxalq birlik bu prosesi yüksək dəyərləndirir və səfərləri ilə buna siyasi dəstək ifadə edir. Amma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ-ın səfirinin timsalında gördük ki, Cocuq Mərcanlıya səfər etmədi, USAİD nümayəndələri səfər etdi. Əlbəttə, baş nazirin müavini Əli Həsənov buna etirazını bildirdi. Amma ABŞ-ın səfiri dəvətsiz-filansız özü Azərbaycanın bölgələrini, ən ucqar bölgələrini belə kənd-kənd gəzir. Lakin indii ABŞ səfiri dövlət səviyyəsində Cocuq Mərcanlıya dəvət edilir, səfər etmir. Amma səfirin özünün həmin səfərdə iştirak etməsi birbaşa siyasi əhəmiyyət kəsb edərdi. Bu səfərdə kəndin bərpasına edilə biləcək yardımdan söhbət getmirdi. ABŞ səfirliyinin bu gün yaydığı bəyanatda da qeyd edilib ki, ABŞ 1992-ci ildən bu günə qədər Azərbaycana yardım göstərib. Biz də bunu yüksək qiymətləndiririk. Azərbaycan ABŞ-la kifayət qədər yüksək səviyyədə əməkdaşlıq qurub. Biz bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıyıq. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycanda görüşünün təşkili də bunun bir nümunəsi, formasıdır. Azərbaycan ABŞ-la hərbi sahədə əməkdaşlıq edir, NATO çərçivəsində hərbi əməkdaşlıq var. Bununla belə, səfirin həmin səfərdə iştirak etməməsi narahatlıq doğurur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xarici ticarət: ilk ayda artım qeydə alındı

Next Post

Bakıda 2 il öncə 10 milyona başa gələn parkı indi sökürlər – REPORTAJ, FOTOLAR

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Bakıda 2 il öncə 10 milyona başa gələn parkı indi sökürlər - REPORTAJ, FOTOLAR

Tramp İranı yox etmək üçün 2 plan hazırlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.