"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayram bahalaşması; işbazların kələyi, yoxsa…

02 Mart 2017 - 10:34
in XƏBƏR LENTİ

Vüqar Bayramov: “Sahibkarlar bayram ərəfəsində yüksək qiymətlərlə daha çox gəlir əldə etməyə çalışır”; Natiq Cəfərli: “Hansısa əmr və göstərişlə bunun qarşısını almaq mümkün deyil”
Qarşıdan Novruz bayramı gəlir. Bu isə bahalaşmaya yeni bir bəhanə gəldiyini deməyə əsas verir. Hər il bayram öncəsi ət və ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Bu il də bayram öncəsi bahalaşma dalğası gözəniləndir.
Maraqlıdır, bəs dövlət bunun qarşısını ala biləcəkmi? Hansı yollarla bayram öncəsi bahalaşma ənənəsinə son qoymaq olar?

Картинки по запросу Vüqar bayraMOV
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, qiymətlərin monitorinqi həyata keçirilərsə, bahalaşmanın qarşısının alınması istiqamətində addımlar atıla bilər: “Fevral ayında rəsmi statistikada manatın dollara nisbətən məzənnəsi möhkəmlənib. Əvvəlki dövrlərdə, xüsusən də idxal olunan məhsullarda qiymət artımını dolların möhkəmlənməsi ilə izah edirdilər. Xatırlayırsınızsa, idxalla məşğul olan şirkətlər manatın möhkəmlənməsi, yəni dəyər qazanması bir ay müddətinə qalarsa, o zaman müvafiq qiymətlərin azaldılacağını bildirmişdilər. Ancaq hələlik qiymətlərin azalması, xüsusən də idxal olunan məhsullarda qiymətlərin aşağı düşməsi müşahidə edilmir. Bu baxımdan, ilk növbədə İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin davam etdirilməsinə ehtiyac var ki, manatın fevral ayında möhkəmlənməsi qiymətlərə təsir göstərmir. Əgər sahibkarlar süni şəkildə qiyməti yüksək saxlayarsa, o zaman qiymətlərin aşağı salınması ilə bağlı tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranacaq”.
V.Bayramov qiymət artımının olma ehtimalının kifayət qədər yüksək olduğunu dedi: “Adətən mart ayında, xüsusən də Novruz bayramı ərəfəsində ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. İndiki məqamda fevral ayının yekunlarında manatın yanvar ayına nisbətən möhkəmləndiyini nəzərə alsaq, dövlət qurumlarının qiymət artımlarının qarşısını almaq üçün xeyli səbəbləri var. Biz proqnozlaşdırırıq ki, şirkətlər və bəzi sahibkarlar bayramlardan istifadə edərək qiymət artımına gedəcəklər. Böyük ehtimalla bütün bazarlarda monitorinqlərin edilməsi texniki baxımdan mümkün deyil. Bu baxımdan, qiymət artımlarının olma ehtimalı kifayət qədər yüksəkdir. Təəssüf ki, sahibkarlar bayram ərəfəsində yüksək qiymətlərlə daha çox gəlir əldə etməyə çalışır. Bu, ənənəvi olaraq son on illərdə müşahidə edilən problemdir. Ona görə də düşünürəm ki, indidən bayramlar başlamamışdan monitorinqlərin aparılmasına, indiki qiymətlərlə bayram ərəfəsindəki qiymətləri müqayisə etməyə ehtiyac var. Qiymətlərin monitorinqi həyata keçirilərsə, bahalaşmanın qarşısının alınması istiqamətində addımlar atmaq olar. Ancaq sahibkarlar əvvəlki dövrlərdə olduğu kimi yenə də bayramlardan istifadə edib qiymətləri artıracaqsa, nəticə etibarı ilə Novruz bayramında daha yüksək qiymətlərlə ərzaq məhsullarının satılmasına gətirib çıxaracaq”.

Картинки по запросу Natiq Cəfərli
Digər iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, hökumət bahalaşmanın qarşısını almaq üçün inzibati yollara əl atacaqsa, bu, gələcəkdə tamamilə əks-effekt verə bilər: “Hökumət nə qədər inzibati yolla müdaxilə edəcəksə, sonradan qiymətlərin daha da çox qalxmasının şahidi olacağıq. Bunun qarşısının alınmasının yolu iqtisadi alətlərdən istifadə etməkdir. Yəni həmin müddət ərzində bayramlardan öncə müxtəlif ərzaq məhsullarının, gömrük rüsumları bir müddətlik ləğv edilə və ya azaldıla, vergi güzəştləri tətbiq oluna bilər. Yaxud da rəqabətli mühit daha da yaxşılaşdırıla bilər ki, daha çox şirkət və yaxud da fiziki şəxs ölkəyə məhsul gətirə və bazara çıxarda bilsin. Bu da rəqabətli mühitdə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Əslində qiymət artımının obyektiv səbəbləri də çoxdur. Çünki idxaldan asılılığımız və mövsümü səbəblər var. İlin bu dövründə, yəni qışın sonu – yazın əvvəlində həmişə yerli məhsulların qıtlığı müşahidə olunur. Çünki mövsümlə əlaqədar yerli məhsullar artıq bitir. Çünki məhsulların saxlanması üçün bizim ciddi infrastukturumuz yox idi. Payız aylarında məhsulu bu dövrə qədər saxlamaq mümkün olsun. Ona görə də bu dövrdə idxaldan daha çox asılılıq yaranır. Qiymətlərin artımının əsas səbəblərindən biri budur. Bu, təbii ki, obyektiv bir səbəbdir. Amma inzibati yollarla, hər hansısa bir əmrlə, göstərişlə, müdaxilələrlə, hər hansısa yoxlamalarla bunun qarşısını almaq mümkün deyil. Çünki normal iqtisadi sistemi olan ölkələrdə heç vaxt süni qiymət artımı mümkün deyil. Əgər rəqabətli mühit varsa, qiymətlər süni şəkildə artırıla bilməz. Rəqabət mexanizmləri buna imkan verməz. Hökumətin əlində iqtisadi alətlər var. Bu dövr üçün müəyyən vergilərin və gömrük rüsumlarının azaldılması və yaxud da ləğv olunması ilə qiymətlərə təsir edə bilər. Bu yolu edəcəksə, effekti olacaq. Yox, əgər inzibati yollara əl atacaqsa, bu, gələcəkdə tamamilə əks- effekt verə bilər”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcülər martın 28-dən Avropaya vizasız gedəcəklər

Next Post

Azərbaycanda internet medianın fəaliyyəti qanunla tənzimlənəcək- TAM MƏTN

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda internet medianın fəaliyyəti qanunla tənzimlənəcək- TAM MƏTN

Rusiya iqtisadiyyatı belə məhv ediləcək - Piontkovski

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.