"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan daha bir zərbə endirsə…” – Bakı müharibə taktikasını dəyişir

07 Mart 2017 - 12:16
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

20 fevralın ayırdığı xətt – sülhə gedən yol qapandı?; Qarabağ münaqişəsi zonasında hərbi vəziyyət tufanqabağı sükuta oxşayır; situasiyanın mümkün inkişaf ssenariləri analitiklərin gözündə; nüfuzlu Qərb nəşri: “Öz siyasətinin girovuna çevrilən Ermənistan daha dərin böhrana və izolyasiyaya sürüklənməkdədir…”

Aprel ayı yaxınlaşdıqca Dağlıq Qarabağ ətrafındakı situasiyaya qarşı həssaslıq da artır. O sırada Rusiya və Qərb analitiklərinin şərh və proqnozları məxsusi diqqət çəkir. Bu da təsadüfi deyil. Çünki məhz Rusiya və Qərbin 24 illik vasitəçilik səyləri atəşkəsi saxlamaqdan savayı heç nəyə yaramayıb, ciddi nəticə verməyib. Bu isə konflikt zonasında müharibə risklərinin qalması və artması deməkdir.

Qarabağ danışıqlarında durğunluq davam etdikcə böyük hərbi toqquşma ehtimalı da təbii ki, böyüyür. Bunu kim görməsə də, şimal qonşumuz, ABŞ və Avropa yəqin ki, yaxşı görür. Hər necə olmasa, müharibə adı çəkilən güc mərkəzlərinin heç birinə sərf etmir. Paradoks da bundadır ki, belə olan halda vasitəçi dövlətlər problemin dinc həllində dönüş olması üçün gərəkəni etmir, hədəf olaraq atəşkəsi seçirlər. Halbuki atəşkəs rejimi hədəf yox, yalnız böyük sülhə aparan vasitə ola bilər, daha işğal rejimini uzadan vasitə yox.
Böyük sülh isə, yumşaq desək, gecikir. Daha dəqiqi, gecikdirilir. Görəsən, niyə? Ümumiyyətlə, situasiyanın mümkün inkişaf ssenarisi və ya ssenariləri necə görünür?
***

Image result for Oleq Kuznetsev
Rusiyalı tanınmış ekspert və tarixçi Oleq Kuznetsevə görə, işğal altındakı Dağlıq Qarabağda fevralın 20-də keçirilmiş qanunsuz referendum konfliktin tarixində özünəməxsus və təhlükəli ayırıcı nöqtə rolu oynayıb, geriyə – dinc həll yoluna qayıdışı mümkünsüz edib. Musavat.com xəbər verir ki, vesti.az saytındakı təhlil yazısında müəllif daha sonra yazır: “İndi yeganə bir yol qalır – müharibə. Çünki hamıya çoxdan aydındır ki, rəsmi Bakı ”Artsax”ın statusu u ilə bağlı heç kimlə, heç bir halda danışıq aparmayacaq. Azərbaycandan ötrü bu, kapitulyasiya demək olardı, məğlubiyyətin etirafı və tarixi torpaqlarından imtina anlamına gələrdi ki, bu da ölkədə hakim elitanın dəyişməsinə gətirərdi”.
25 fevral insidentinə toxunan ekspertin sözlərinə görə, Ermənistan cəbhə xəttində vəziyyəti məqsədli şəkildə gərginləşdirir: “20 fevraldan sonra İrəvan Bakıya faktiki, ultimatum verib: ya ”Arsax”ın tanınması, ya da müharibə. Bakı yox, məhz İrəvan danışıqlar prosesini ölü dalana soxub və öz hərəkətləri ilə siyasi kompromislər axtarışı üçün variant saxlamayıb. Mahiyyət etibarilə 20 fevral “referendumu” – müharibə üçün bəhanədir. Bununla Ermənistandakı hakim rejim ölkədə sosial-siyasi və maliyyə-iqtisadi böhrandan qurtulmaq niyyətindədir. Ancaq İrəvanın bu de-marşını Bakının cavabsız buraxacağını düşünmək axmaqlıq və sadəlövhlük olardı”.
Təhlilçiyə görə, bu gün Qarabağda hadisələrin inkişaf ssenarisi bir il öncəkinin eynidir: “Ancaq bu dəfə Azərbaycan hərbçiləri daha qətiyyətli hərəkət edirlər. Xüsusən də bu, özünü hədəflərin seçilməsində göstərir. Əgər ötən il cavab zərbələri düşmənin artilleriya və minomyot mövqelərinə endirilirdisə, yəni kontur-batareya mübarizəsi aparılırdısa, bu gün hədəf düşmənin səhra qurğuları və atəş vasitələri yox, idarəetmə mərkəzləri və səhra qərargahlarıdır”.
Politoloq bu xüsusda martın 2-də Azərbaycan mediasında yayılan və ermənilərin avtozirehli texnikası ilə birgə səhra qərargahının məhv edilməsini göstərən kadrlara diqqət çəkib: “Bu kadrlar açıq-aşkar artilleriya kəşfiyyatı və yönəltmə üçün istifadə olunan pilotsuz aparatdan çəkilib. Faktın özü isə çox şeydən xəbər verir. Yeri gəlmişkən, ötən ilin apreli ilə analogiya aparmaq lazım gəlir: o zaman da Azərbaycan KİV-i pilotsuz uçuş aparatı tərəfindən üç yük avtomobilindən ibarət erməni artilleriya avtokolonunun məhv edilməsi videosunu yaymışdı”.

Image result for kreml
Rusiyalı siyasi təhlilçinin qənaətincə, bütün bu faktlar Azərbaycan ordusunun hərbi-texniki üstünlüyünü sübut edir:

“Azərbaycan ordusunun komandanlığı erməni mövqelərinin mühəndis infrastrukturu haqda tam və dolğun informasiyaya malikdir və bu üzdən situasiyanın ağasıdır. Azərbaycan ordusu indi öz istəyi ilə düşmənin müdafiə xəttindəki ən mühüm və ən həssas nöqtələrə belə dəqiq zərbələr endirmək imkanındadır. Bu mənada Azərbaycan tərəfinin hərbi-texniki üstünlüyü artıq onun mövqe müharibəsində taktikanı dəyişməsini şərtləndirib: əgər əvvəllər zərbələr öncədən müəyyən edilmiş erməni atəş nöqtələrinə endirilirdisə, indi artıq hədəf – qoşunları idarə mərkəzləridir”.
Analitik daha sonra yazır ki, hələlik erməni tərəfində əsgər və silah kifayət qədərdir, ancaq təcrübə göstərir ki, bacarıqlı zabitlər azdır: “1988-94-cü illərdə qanunsuz silahlı birləşmələrin tərkibində SSRİ DİN qoşunları ilə mübarizədə uğur qazanan separatçıları və xarici terrorçuları necə normal komandirlər və hərbi rəislər hesab eləmək olar ki? Və əgər azərbaycanlı hərbçilər bundan sonra da ermənilərin qərargah və mərkəzlərini məhv etməyə davam etsə, o zaman çox tezliklə erməni qoşunları ön cəbhədə mütəxəssislər üçün kadr qıtlığı hiss edəcək. Bunu isə erməni silahlı qüvvələrində hökm sürən korrupsiya, qohumbazlıq və yerlibazlıq fonunda aradan qaldırmaq asan olmayacaq”.

Image result for Baku
***
Şübhəsiz ki, hərbi qüvvələr nisbətindən, Azərbaycanın əlçatmaz üstünlüyündən Ermənistandakı hakim rejim, prezident Serj Sərkisyan da yaxşı xəbərdardır. Onun son müsahibə və açıqlamalarında bununla bağlı bədbin notlar kifayət qədərdir. Məsələ həm də ondadır ki, İrəvan son illər Rusiya ilə siyasi-hərbi müttəfiqliyə də şübhə ilə baxmağa başlayıb. Ermənistanın vaxtaşırı Qərbə, NATO-ya sarı boylanması buna sübutdur.

Bu xüsusda Britaniyanın nüfuzlu “Deily Express” nəşri təzəlikcə Brüsselə səfər etmiş Sərkisyanın Qarabağ məsələsində mümkün manevrlərindən yazıb. Musavat.com-un məlumatına görə, “Sərkisyan Rusiyaya xəyanət edəcək?” başlıqlı yazıda deyilir: “Son illər daha qabarıq şəkildə görünən budur ki, Dağlıq Qarabağ nizamlanmasında tərəqqinin olmaması Ermənistanı öz siyasətinin girovuna çevirir, onu regionda daha dərin böhrana və izolyasiyaya sürükləyir. Dəfələrlə deyilib ki, münaqişənin dinc və ədalətli həlli bir çox regional iqtisadi layihələr üçün ciddi perspektiv açacaq – hansılara ki, İrəvan da qoşula biləcək. Ancaq indi hətta Ermənistanın KTMT üzrə müttəfiqləri – Rusiya və Qazaxıstan da Azərbaycanla iqtisadi və strateji əlaqələri Ermənistandan yan keçməklə qurur”.

Image result for KTMT
Belə dalan vəziyyətindən çıxmaq üçün İrəvanın atdığı addımlara toxunan nəşr ardınca Ermənistanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan yeni çərçivə sazişindən və Sərkisyanın Brüsseldə Avropa Birliyinin və NATO-nun baş katibləri ilə görüşündən yazır.

“Deily Express”ə görə, bu kimi gedişlər Ermənistanı ucuz qaz verən və onun təhlükəsizliyini təmin edən Moskvanı qəzəbləndirə bilər.
Ancaq ermənilər son 200 ildə dönə-dönə sübut ediblər ki, onlar istənilən an özlərinin bir ağasını digərinə asanca dəyişə, yəni öz ağasına xəyanət edə bilərlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səyyar ASAN xidmət yeni məntəqələrdə

Next Post

8 Mart havası

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

8 Mart havası

Birinci vitse-prezident Milli Məclisdə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.