Milli Məclisin növbəti plenar iclası başlayıb.
İclası açıq elan edən spiker Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.
“Mehriban xanım 12 ildir ki, deputatdır. Mehriban xanım dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb, beynəlxalq aləmdə fəal olub. Mehriban xanımın birinci vitse-prezident seçilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək. Bu qərara görə Milli Məclis adından cənab prezident İlham Əliyevə təşəkkür edirik”-deyə spker vurğulayıb.
Qeyd edək ki, ötən gün Mərkəzi Seçki Komissiyası (MSK) Mehriban Əliyevın müraciəti əsasında onun deputat mandatına xitam verilməsi ilə bağlı qərar qəbul edib.