PKK-PYD silahlıları 8 Mart Dünya Qadınlar Günü münasibətilə təşkil olunmuş məkana hücum edərək, Suriya Kürd Milli Şurasının üzvü olan 4 qadını girov götürüb.
Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin nümayəndəsi Nəvaf Rəşid deyib.
“Bununla da tutulan qadınlarımızın sayı 57-yə çatıb. Bundan başqa, əldə etdiyimiz məlumata görə, PKK-nın Şenqalda peşmərgə qüvvələrinə hücum etməsinin arxasında İran dayanır. Hətta bu məsələ ilə bağlı PKK və İran nümayəndlərinin iştirakı ilə toplantı da keçirilib”, – Nəvaf bildirib.



