Cəbhədə gərginlik davam edir – Atəşkəs 124 dəfə pozuldu

>

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.

Bunu da oxuyun

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728