Bakının Sabail rayonunda yerləşən Mirzə Ələkbər Sabir adına parkda qeyri-adi hal yaşanıb.
Femida.az-a göndərilən kadrlardan aydın görünür ki, məşhur satirik şairin heykəlinin baş hissəsi anidən tüstülənməyə başlayıb. Bir neçə dəqiqədən sonra isə tüstülənmə dayanıb.
Bu müəmmalı hadisənin nədən qaynaqlandığı isə hələlik məlum deyil.




