Həcc ziyarətinin vaxtı açıqlandı

Bunu da oxuyun

>

Azərbaycanda Həcc ziyarətinə getmək üçün indiyədək 250 nəfər sənəd verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, sənədlərin qəbulu may ayının ortalarına kimi davam edəcək.

O deyib ki, ziyarətə getmək qərarını dəqiqləşdirən insanlara sənədlərini vaxtında təqdim etmələri tövsiyə olunur: “Bu il Həcc ziyarəti üçün ayrılan yerlər məhduddur. Ziyarətə getmək istəyənlər zamanında sənədlərini təqdim etməlidirlər”.

H.Babayev onu da bildirib ki, təlabatın artacağı təqdirdə kvotanın artırılması nəzərdə tutulmayıb. O qeyd edib ki, bu il Həcc ziyarətinə ilk qrup avqustun 21-23 aralığında yola düşəcək.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da elan olunub.

Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb.

Ziyarət üçün vahid qiymət – 3850 dollar müəyyənləşdirilib.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728