Müasir smartfonlar bir çox xüsusiyyətə sahibdirlər. Dünyanın o tayındakı insanlarla anında görüntülü əlaqə saxlaya, istənilən ödənişləri həyata keçirə, hədiyyə belə alıb yollaya bilərsiniz. Lakin smartfonlarınızın bacarıqları bununla bitmir.
1. Telefonu dinləmə cihazına çevirmək

Sadəcə bir neçə bəsit gedişlə smartfonlarınızı ən yüksək səviyyəli dinləmə, yaxud körpənizi izləmə cihazına çevirə bilərsiniz. Bunu etmək çox asandır. Yoxlamaq üçün telefonunuzu hər hansı bir yerə qoyun, sonra isə nəzarət zonasına gedərək dinləmə cihazı olaraq qurduğunuz telefonunuza zəng edin. Avtomatik cavab rejiminə qoyduğunuz üçün zənginiz açılacaq və hər şeyi eşidəcəksiniz. Deməli, telefonunuzu dinləmə cihazına çevirərək körpənizə nəzarət edə biləcəksiniz. Əlbəttə, bu casusluq üçün çox təhlükəli yoldur. Bunu etməyi ağlınıza belə gətirməyin…
2. Telefonu sonsuzadək kilidli saxlamaq

Əgər smartfonunuzu itirsəniz, yaxud onu oğurlasalar, şəxsi məlumatlarınızı etibarlı saxlamanız üçün bu funksiya sizə istədiyiniz təhlükəsizliyi təmin edir. Məsələ budur – hər bir telefonun IMEI adlanan nömrələri var. Əgər telefonunuz artıq sizdə deyilsə və onu tapmaq istəyirsinizsə, dərhal mobil operatorunuza zəng edin və nömrənizdən istifadə edərək telefon cihazını dondurun. Onu da xüsusi qeyd edək ki, bu yol ilə telefon oğrularının gününü qara etmək mümkündür. Telefonunuzun IMEI nömrəsini öyrənmək üçün #06# yığmanız kifayət edir.
3. Telefonu mikroskopa çevirmək

Qulağa mümkünsüz gələ bilər, lakin gözlə görünməsi mümkün olmayan şeyləri görmək üçün bahalı alətlərə pul xərcləmənizə ehtiyac yoxdur. Hər hansı bir lazer qələmdə olan kiçik lensdən istifadə edərək möhtəşəm fotolar çəkmənizə kömək edəcək şəkildə mobil mikroskop hazırlaya bilərsiniz. Hətta uşaqların hüceyrələrə baxmalarına da kömək edə bilərsiniz.
4. Su altında şəkillər çəkmək

Bu gün bütün telefonlar sukeçirməz deyil. Lakin bunun üçün gedib 1500-2000 manat verərək bahalı telefon almanıza ehtiyac yoxdur. Sadəcə polietilendən hazırlanmış telefon üzlüyü sizə su altında xalüqələr yaratmaq üçün kifayət edəcək!
5. Üz kilidi qoymaq

“Android” əməliyyat sistemli telefonunuzu kilidli saxlamaq üçün bir çox yol mümkündür: PIN, standart şifrə, sürüşdürmə şifrə və ya fotolu şifrə o qədər də təhlükəsizliyinizə zəmanət vermir. Lakin bir çoxumuzun bilmədiyimiz yeni bir şifrələmə üsulu var və “üz kilidi” adlanır. Bu isə digər şifrələmələrdən daha etibarlıdır. Bunun üçün “Tənzimləmələr” bölməsindən “Təhlükəsizlik”-ə daxil olur və oradan “üz kilidi” şifrələməni seçə bilirsiniz.
6. Holoqramlar hazırlamaq

Bu bir sehrdir! Telefonunuzla kreativliyinizi və səbrinizi birləşdirsəniz üç ölçülü holoqramlar hazırlamanız mümkündür. Bunun üçün bir çox tətbiqetmələr var.
7. Smartfonunuzun ömrünü uzatmaq

Telefonunuzun görünən hissəsindəki tozu və çirki yəqin ki, tez-tez təmizləyirsiniz. Bəs onun enerji dolma hissəsinə fikir verirsinizmi? Bu tozun telefonunuzun ömrünü nə qədər qısaltdığını bəlkə də təsəvvür etmirsiniz, lakin telefonunuzu mütəmadi təmizləmədikdə onu öz əlinizlə “qəbrə” qoyursunuz. Bunun üçün sadəcə bir şprisə hava çəkin və həmin havanı enerji depolama qurğusu üçün ayrılan hissəyə vurun. Beləliklə, telefonunuzun ömrünə ömür qatmış olacaqsınız.




