Modern.az xəbər portalının 5 yaşı tamam olub . 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə
başlayan Modern.az ötən 5 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.
Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Modern.az yeni nəfəsli bir media quruluşu olaraq beş il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib. Sayta ünvanlanan məktublar, şərhlər, müraciətlər belə deməyə əsas verir.
Elchi.az saytın baş redaktoru, tanınmış jurnalist Elşad Eyvazlını və kollektivin digər üzvlərini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...



