
Oğluma sonuncu layla
Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca…
Bu sözü atalar deyib əzəldən:
” Ac qarın özünü verər qılınca”.
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq…Yəni bu yaşamaqdımı?…



