"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hollandiyada həbs edilən türkün polis idarəsindən meyiti çıxdı

17 Mart 2017 - 09:15
in XƏBƏR LENTİ

Türkiyə ilə diplomatik qalmaqala imza atan Hollandiya nə qədər qəribə görsənsə də, irqçilik, işgəncə və insan haqları pozuntuları mövzusunda da tanınır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Hollandiya polisinin cinayət faktlarına ən parlaq nümunələrdən biri 2011-ci ildə həbsxanada işgəncə verilərək öldürülən Türkiyə vətəndaşı İhsan Gürzdür.

22 yaşında ölən oğlunun Ərzincandakı məzar daşına “Hollandiyanın irqçi polislərinin işgəncəsi nəticəsində həyatını itirmişdir” yazısı həkk etdirən ata Çingiz Gürz Türkiyənin “Sahah” qəzetinə verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk gündən bəri ailənin başlatdığı davanı dəstəklədiyini deyib.

“Oğlumun ölümü ilə bağlı Hollandiyada vəkil tutdum. Onların televiziyalarına verdiyim açıqlamada “arxamda Türkiyə Cümhuriyyəti, Prezident Ərdoğan var” deyincə, hollandların tükləri biz-biz oldu. Etdiyim şikayəti qulaqardına vurmağa çalışdılar. Tutduğum vəkilin diplomlarını ləğv etdilər. Faşizm qəlblərində var.

Hollandiya məhkəməsi “hüquqi səhv var, amma günahkar yoxdur” qərarı verdi. Bəs bunu edən kimdir? 6 saat yarımlıq kamera görüntülərini izlədim. Uşağa unitazdan su içirdirlər, içməli su da vermirlər. Oğlum kamerada can verərkən orada polislərin öz həkimi gəlir, onu da buraxmırlar. Bilə-bilə öldürüldüyü görünür. Cəsəd sanki yük maşınının altında qalmış kimiydi. Mənə mətbuata danışma yasağı qoydular. Danışsam, 3 ay həbs cəzası verəcəklər. Lakin susmadım, danışdığım üçün uşağımın qatillərinə 10 min avro təzminat ödəməyə məhkum edildim. Bir neçə dəfə evimə gəldilər. Polislərə qarşı “terror aktı” hazırlığı kimi uydurmalarla təhdid etdilər. Haqqımızı müdafiə etdiyimiz üçün “terrorçu” belə adlandırıldıq. Türkiyədə də iddia qaldırmaq istəmişdim, ancaq Hollandiyada yaşayan FETÖ-çular oradakı yerlərini isti etmək naminə “bu adam polisləri döyüb. 10 nəfər polisə hücum edib” kimi yalanlar uyduraraq Türkiyədəki işin açılmaması üçün əllərindən gələni etdilər. Oğlum İhsandan sonra Hollandiyada 40-a yaxın türk eyni şəkildə həyatını itirdi. Polisə qarşı edilən bütün şikayətlər rədd edilir. Dəlillər məhv edilir və ya göz yumur”, – deyə ata Gürz bildirir.

İhsan Gürzün ölümü ilə nəticələnən hadisə necə olub?

İhsan Gürz Bevervijkte bir kafenin sahibi ilə mübahisə edir. Polis Gürzü nəzarətinə alır. Polisə aparılan gənc 12 saatdan sonra oradan ölü çıxır. Gürzün ürəyinin dayandığı açıqlanır və ekspertiza da məhz belə rəy verir. Türkiyədə meyitin üzərində keçirilən ekspertizadan sonra isə onun döyülərək öldürüldüyü və beyni və ürəyinin götürülərək, əvəzinə kağız parçaları qoyulduğu məlum olur. Hadisə ilə bağlı Hollandiyada cinayət işi açılır, amma nəticə olmur.

Gürz ailəsi məsələni Avropa İnsan Haqları Məhkəməsinə qaldırıb. Hollandiya Ədliyyə Nazirliyi, ekspertiza, polis və həkimlər barəsində edilən şikayətə mayın 4-də baxılacaq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Niyə sevinə bilmirəm?

Next Post

Dollar ucuzlaşdı – Rəsmi məzənnə

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dollar ucuzlaşdı - Rəsmi məzənnə

Cəbhədə vəziyyət gərginləşdi - Snayperlər işə düşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.